Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əli Həsənov: "Girovlara işgəncə verilir"

Bu günün sonunda Azərbaycan dövləti Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birlikdə Kəlbəcərdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlılardan birinin öldürülməsi ilə bağlı birgə bəyanat yayacaq. Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan tərəfi Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı BQXK nümayəndələri ilə tez-tez görüşlər keçirir.

Ə.Həsənov deyib ki, girov götürülən azərbaycanlılar Ermənistan tərəfindən təzyiq və işgəncələrə məruz qalırlar: "Cenevrə Konvensiyasına uyğun olaraq müharibə aparan ölkələrin girov və mülki şəxslərlə davranış qaydaları var. Neçə gün keçib. Nə üçün Ermənistan tərəfi BQXK-ya azərbaycanlı girovlarla görüşməyə imkan vermir? Çünki onların başlarına min oyun açırlar. Onlara işgəncələr verirlər, danışdırırlar, iynə vurub min cür şey yeridirlər".

Bununla yanaşı, Əli Həsənov mətbuatı və girovların yaxınlarını təmkinli və diqqətli olmağa çağırıb. O, bildirib ki, bu məsələ ilk gündən Azərbaycan Prezidentinin diqqətindədir və onun tapşırığı ilə dövlət bu məsələ ilə məşğuldur.

Əli Həsənov bildirib ki, BQXK-ya edilən ciddi xəbərdarlıqdan sonra bu təşkilat nəticə çıxararaq əməli fəaliyyətə keçib: "Artıq onlar da bundan nəticə çıxarıblar. Bu gün yayılacaq bəyanat da həmin fəaliyyətin nəticəsi kimi dəyərləndirilə bilər".

"Ermənistan hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlılar əsl vətənpərvər insandırlar, qəhrəmandırlar. Onları qətiyyən qınamaq olmaz"-deyə Əli Həsənov bildirib.

O, deyib Kəlbəcərdə girov götürülən azərbaycanlılar qohum-əqrəbalarının, valideynlərinin qəbrini ziyarət etmək üçün öz doğma yerlərinə, vətənlərinə gediblər: "Biz vətənpərvərlikdən danışırıq. Biz gənclərimizi torpaqlarımızı azad etməyə hazırlayırıq. Onlar gənclərimizə əsl nümunədirlər".

Baş nazirin müavini qeyd edib ki, deyilənə görə, Kəlbəcərdə Ermənistan hərbçləri tərəfindən girov götürülən azərbaycanlılardan biri öldürülüb, iki nəfər isə ermənilərin əlindədir: "O insanlara müxtəlif ləkələr yaxırlar. Onlara gah "diversant" deyirlər, gah da hansısa cinayət törətdiklərini bildirirlər. Özləri məlumat yaydılar ki, Kəlbəcərə Azərbaycan "diversantları" gəlib. Sonra özləri yaydılar ki, Kəlbəcərdə yaşayan ermənilər qorxuya düşüb qaçırlar. Daha sonra da dedilər ki, biz çətinliklə onların qarşısını almışıq. Dediklərinə görə, Dilqəm və Şahbaz dəfərlərlə Kəlbəcərə gediblər. Onlar o ərazilərə çox gedib gəliblərsə, elə o zaman da hadisə törədərdilər də. İndi Kəlbəcərdə 17 yaşında bir oğlan ölüb. Cinayət işinin üstünü aça bilmirlər, bilmirlər kim öldürüb. İndi açılmayan nə qədər cinayət varsa, yıxacaqlar azərbaycanlıların üstünə. Biz həmişə Ermənistan və ermənilər barədə beynəlxalq təşkilatlara deyirdik ki, bu millət nədir, o ölkə nə ölkədir, o ölkənin rəhbərliyi nədir?"

 






23 İyul, 2014  13:09 Baxılıb: 604 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner