Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

III Dünya Müharibəsi başlayır?

Malaziya Hava Yollarına aid sərnişin təyyarəsinin Ukraynada vurulmasından sonra, bir çox fikirlər ortaya atılıb. Məsələn: təyyarənin III Dünya Müharibəsinin başladılması üçün İllimunati tərəfindən vurulduğu bildrilir.

Bəzilərinə görə isə, bu fikirlər Rusiya üzərindəki şübhələri dağıtmaq üçün ortaya atılır. Hadisəylə bağlı irəli sürülən və daha çox diqqəti çəkən fikirləri sizə təqdim edirik:

İllimunati III Dünya Müharibəsini başlatmaq istəyir

Varlığı sübut olunmayan, yeni dünya yaratmaq məqsədiylə qurulduğu iddia edilən İllimunati adlı qrupun, III Dünya Müharibəsini başlatmaq istədiyini bildirənlər, təyyarnin 7 rəqəmi ilə bağlılığına diqqət çəkirlər. Bu fikirə görə, MH17 səfər saylı təyyarə, Boeing 777-dir və ilk uçuşunu tam 17 il öncə, 1997-ci ildə, ilin 7-ci ayı olan avqustun 17-də həyata keçirib. 2014-ün rəqəmləri də toplandığında, 2+0+1+4, cavab 7 alınır. Bu fikiri irəli sürənlər, İllimunatinin 7 rəqəmini, “Mükəmməlliyin özü” olaraq tanıdıqlarını xatırladırlar. III Dünya Müharibəsinin başladılmasına səbəb kimi isə, dolların ağır durumda olması göstərilir.

NATO Putinə suiqəsd hazıqlamaq istəyib

Bu fikrə görə, Rusiya prezidenti Putin vurulan təyyarəylə eyni zamanda və eyni marşrutu istifadə edən başqa bir təyyarədəymiş. Putinin təyyarəsinin vurulan təyyarə ilə eyni rəngdə olduğunu bildirənlər, NATO-nun Putinin təyyarəsi əvəzinə MH17-ni vurduqlarına inanırlar.

Məqsəd diqqətləri Qəzzadan uzaqlaşdırmaqdır

Vurulan təyyarəylə bağlı irəli sürülən maraqlı fikirlərdən də biri, təyyarəni İsrailin vurması fikridir. İsrailin dünyanın diqqətini Qəzzadan yayındırmaq üçün bu təyyarəni vurduğuna inananlar, MH17-nin ABŞ, AB, Avstraliya və neo-nasistlərdən dəstək alan Ukrayna hökuməti tərəfindən düşürüldüyünü iddia edirlər.

QİÇS-in sirrininin qoruması üçün vurulub

Vurulan təyyarədə bir çox HİV-QİÇS araşdırmaçısının olduğuna diqqət çəkənlər, təyyarənin, QİÇS-in CİA tərəfindən yaradıldığını gizlətmək üçün vurdulduğunu bildirirlər. Bu fikri irəli sürənlər təyyarədə ölən bir çox sərnişinin bu sirri bildiyini iddia edirlər.

Vüsal Qarayev







23 İyul, 2014  11:21 Baxılıb: 1802 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner