Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"Qüds günü" Ümumislam Matəm Günü elan edildi

Tehranda İslam ölkələrinin parlamentlərarası iclasının dünənki toplantısında "Qüds günü"nün matəm günü elan edilməsi ilə bağlı yekun bəyanat verilib.

Simsar.az “Mehr” Agentliyinə istinadla xəbər verir ki, 16 maddədən ibarət olan sözügedən yekun bəyanatda İslam ölkələri məzlum Qəzza xalqına lazımi və yetərli yardımlar göstərməyə çağrılıb və fələstinlilərə yardım məqsədilə beynəlxalq şuralar və komitələrin yaradılması tələb olunub.

Bəyanatda deyilir:

“Biz, Qoşulmama təşkilatına üzv olan ölkələrin parlamentlərarası birliyi və digər parlamentlərin sədrləri və toplantıda iştirak edən digər şura və komitələri Fələstindəki vəziyyəti və Qəzzaya edilən hücumu araşdıraraq vətənləri yolunda canlarında keçən fələstinlilərə salam göndərir və onların qarşısında baş əyirik. Fələstinlilərin İordan çayının qərb sahilindəki mübarizəsini və Qəzzadakı insanların müqavimətini alqışlayırıq. Hazırda Qəzzadakı fələstinlilər Siyonist rejiminin hücumuna məruz qalıb. Məzhəbindən, milliyyətindən asılı olmayaraq, bütün müsəlmanlar bütün ixtilaflarını bir kənara qoyaraq, bütün imkanlarını Fələstin xalqının müdafiəsinə sərf etməlidirlər”.

Bəyanatın sonuncu bəndində qarşıdan gələn cümə günü, yəni beynəlxalq “Qüds günü”nün bütün müsəlman ölkələrində matəm günü kimi qeyd edilməsi təklif edilib.

Hüseyn İbadlı







23 İyul, 2014  10:38 Baxılıb: 806 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner