Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

10 rayonda uşaqlara qayğı mərkəzi yaradılıb

Cari ilin ilk yarımilində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən xüsusi qayğıya ehtiyac duyan uşaqlara sosial xidmətlərin göstərilməsi üzrə elan edilmiş müsabiqələrdə qalib gələn 13 ixtisaslaşmış QHT ilə müqavilələr imzalanıb.

Simsar.az xəbər verir ki, müqavilələrə uyğun olaraq, həmin QHT-lər tərəfindən icra edilən layihələr çərçivəsində 10 rayonda (Lənkəran, Yardımlı, Ağsu, Tovuz, Astara, Beyləqan, Yevlax, Qax, Ağcabədi, Qazax) hər biri 30 nəfər uşağa sosial xidmət göstərən günərzi qayğı mərkəzləri yaradılıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz çoxdur.

Layihələr üzrə həmçinin 4 rayon üzrə 7 yaşınadək 100 nəfər uşaq Portec metodikası ilə sosial reabilitasiya xidmətinə cəlb olunub. Sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların (küçə uşaqları) sosial reabilitasiyası məqsədilə il ərzində 350-500 uşağa xidmət göstərən sığınacaq yaradılıb. Eyni zamanda, 50 nəfər daun sindromlu uşağa xidmət göstərən reabilitasiya mərkəzi, 50 nəfər lal-kar və zəif eşitmə qabiliyyəti olan uşağa xidmət göstərən surdoloji mərkəz, 50 nəfər əqli geriliyi olan uşağa xidmət göstərən psixo-sosial dəstək mərkəzi, 2 rayonda 100 nəfər sağlamlıq imkanları məhdud uşaq üçün reabilitasiya mərkəzi, görmə qabiliyyəti zəif olan uşaqlar üçün informasiya mərkəzləri fəaliyyətə başlayıb. Ötən il icra edilməyən layihə işə salınaraq Bakı şəhərində 50 nəfər uşağa sosial xidmət göstərən 2 autizm mərkəzi yaradılıb.

Layihələr çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərən mərkəz də açılıb. Həmçinin 117 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynləri ilə birlikdə ölkə xaricində reabilitasiya kursu keçib, belə uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara qarşı ictimaiyyətin diqqətinin artırılması üçün təbliğat kampaniyaları təşkil olunub. Sosial sifarişləri icra edən təşkilatların müstəqil monitorinqinin aparılması üçün də ayrıca layihə icra edilir.

Vüsal Qarayev

 

 






23 İyul, 2014  10:15 Baxılıb: 712 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner