Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili ön cəbhədə əsgər və hərbçilərlə – FOTOLAR

“Xocalı  Soyqırımını Tanıtma” ictimai birliyinin təşəbbüsü və təşkilatçılığı, Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi və 6 Qeyri-Hökumət təşkilatı fəallarının iştirakı  ilə Ermənistanla 168 km sərhədə malik, ön cəbhə rayonlarımızdan olan Qazaxda qulluq edən əsgər və zabitlərlə görüş və böyük tədbir keçirilib.

Simsar.az  xəbər verir ki, “Avrasiya Beynəlxalq Problemləri Araşdırma İnstitutu” ictimai birliyinin sədri, Milli Məclisin deputatı Qənirə xanım Paşayeva çıxış edərək, Qazax rayonunu strateji önəmindən, rayonun bir neçə kəndinin hələ də düşmənin işğalı altında olmasından, oradan köçkün düşmüş insanlarımızın öz evinə dönə bilməməsindən danışıb, təşkil olunan  bu cür tədbirlərin əhəmiyyətini qeyd edib və torpaqlarımızın işğaldan azad olunacağı günün uzaq olmadığını vurğulayıb: “Ali Baş komandan, prezident cənab İlham Əliyev hər zaman bildirir ki, biz torpaqlarımızın bir qarışından belə vaz geçməyəcəyik, torpaqlarımızın bir qarışı nə bazarlıq mövzusu olmayacaq, nə də biz ondan bir qarış belə keçməyəcəyik. Əgər Ermənistan sülh yolu ilə razılaşmasa, Azərbaycan öz süveren hüqundan istifadə edib istənilən yolla torpaqlarını işğaldan azad edəcək. Arzu edirəm ki, gələn bu cür tədbirlərimizi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda,Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, ”Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu, bayram tədbirlərinin ön cəbhədə təşkil edilməsinə razılıq verdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü  bildirib. O, keçdiyi döyüş yolundan, 1991-95-ci illərdə müxbir olaraq, qanlı savaş meydanlarında qarşılaşdığı maraqlı hadisələrdən danışıb. Ş.Sabiroğlu, öz peşə bayramlarını ön cəbhədə qeyd etməyin mühüm əhəmiyyətini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, işğalçı Ermənistanın, günü-gündən inkişaf edən ölkəmizin hərbi gücünün qarşısında duruş gətirə bilməyəcəyini bildirib. “Gəncliyə Yardım Fondu” nun vitse-prezidenti, el ağsaqqalı Salman Əliyev Ali Baş Komandanın əmrilə döyüş başlanacağı təqdirdə, silaha sarılmağa hazır olduğunu bəyan edib. Müdafiə Nazirliyin tabeçiliyindəki “Azərbaycan Ordusu” qəzetinin sabiq əməkdaşı, “Şəhid Ailələrinə Sosial Dəstək”ictimai birliyinin sədri Almaz Zeynalova, ön cəbhədə vəzifə borclarını ləyaqətlə yerinə yetirən ərənlərimizlə qürur duyduğunu deyib.Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov ordu həyatının ona çox yaxın olduğunu qeyd edib. O, əsgərləri, komandirlərin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirməyə çağırıb. “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyin sədri Anar Xəlilov, Xocalı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xəlil Vəliyev, “Qafqaz” Universitetinin Mətbuat və İnformasiya şöbəsinin müdiri Ceyhun Vəliyev, tanınmış şair Vaqif Nəcəfzadə, şairə Dilbər Sultan, Zeynəb Şahidqızı, Elşən Sabiroğlu, Elməddin Nicat,aşıq Elbrus, Hacı Ədalət Məhərrəmovun oğlu,Bakı məktəblisi Fred Asif döyüşçüləri salamlayıb. Maraqlı şeir nümunələri ilə tədbir iştirakçıları qarşısında çıxış ediblər. Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin “Göyəzən”, Gəncə şəhər Mədəniyyət və Turizm şöbəsinin “Vətən” ansamblları maraqlı musiqi nömrələrilə zabit və əsgərlər qarşısında çıxış ediblər. Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə qonaqlar adından hədiyyələr təqdim edilib və əsgər və hərbiçilərlə maraqlı söhbətlər edilib.






23 İyul, 2014  09:48 Baxılıb: 709 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner