Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Unudulmaz futbol şərhləri

UEFA rəsmi internet səhifəsində “Unudulmaz futbol şərhləri” sərlövhəli yazı dərc edib

Simsar.az xəbər verir ki, yazıda müxtəlif vaxtlarda səslənmiş unudulmaz futbol şərhləri yer alıb. Onların bəzilərini təqdim edirik:

Mladen Deliç (Xorvatiya): “Oyun 1-1 qurtarsa, əlavə vaxt oynanılacaq. O da 1-1 qurtarsa, oyun çərşənbə günü yenidən oynanılacaq. Mən isə bazar günü üçün bilet almışdım. Görəsən, biletimi geri götürərlər? Bəs, sonra evə necə qayıdacam?” (1978-ci il, Dünya Çempionatının finalı, Argentina Hollandiyanı əlavə vaxtda 3-1 udur. Şərhçi isə oyun ərzində bu sözlərlə yadda qalır);

Byorqe Lilleylen (Norveç): Dünyanın ən yaxşısı bizik! Dünyanın ən yaxşısı bizik! İngiltərəni futbolda 2-1 udduq! İnanılmaz bir şeydir! İngiltərəni udduq! Lord Nelson, Lord Beverbruk, Ser Uinston Çörçill, Ser Antoni Eden, Klement Atl, Henri Kuper, Leydi Diana kimi nəhənglərin doğulduğu İngiltərəni yedik! Marqaret Tetçer, məni eşidirsən? Sənə bir sözüm var: İngiltərəni Dünya Kubokundan kənarlaşdırdıq! (9 sentybar 1981-ci il, Norveç Dünya Çempionatının təsnifat mərhələsində İngiltərəni 2-1 məğlub etdikdən sonra Norveç Dövlət Radiosunda Byorqe Lilleyne bu sözlərlə yadda qalır);

Nuno Matoş (Portuqaliya): “Ola bilsin, “Yuventus” Avropanın ən yaşlı xanımıdır. Ancaq Avropanın ən yaşlı bəyi də“Benfika”dır!” (Şərh UEFA Avropa Liqasında 2013-14 mövsümündə baş tutmuş oyundandır);

Ümit Aktan (Türkiyə): “Sion” komandasının adı bundan sonra depreSİON olmalıdır” (“Qalatasaray” 1997-98 mövsümündə Çempionlar Liqasının ilkin təsnifat mərhələsində “Sion”u 4-1 udarkən);

Giorgi Şzepesi (Macarıstan): “Qoymayın! Çexlər gəlir! Çexlər gəlir!” (1970-ci il, Dünya Çempionatının pley-off matçında Macarıstan Çexiyaya 1-4 hesabı ilə uduzur. Şərhçi isə həmin vaxt bu sözləri mikrofona çığırırdı);

Ertem Şener (Türkiyə): “Hər yerindən öpürəm, Rüştü” (2009-cu il, Çempionlar Liqasında “Beşiktaş” “Mançester Yunayted” önündə 1-0 öndədir. Rüştü isə komandasını bir neçə dəfə real qoldan xilas edir);

Xose Antonio (İspaniya): “İniesta! Həyatım mənim!” (İspaniyalı futbol mütəxəssisi Xose Antonio Kamaçonun 2010-cu il Dünya Çempionatının finalında İniestanın vurduğu qoldan sonrakı sözləri);

Can Bartu (Türkiyə): “Valş ikinci hissə heç nə edə bilmədi. Ümumiyyətlə, o, gözə dəymirdi” (“Beşiktaş”lı futbolçu Alan Valş fasilədən sonra əvəzlənmişdi);

Kristian Kalkun (Estoniya): “Ohhoho! Vasilyev nə etdi elə!? Vasilyev inanılmaz insandır. O, nə etdi elə!? Deməyə söz tapmıram!” (Avro 2012-nin pley-off mərhələsinə çıxmaq uğrunda mübarizə aparan Estoniya millisinin Şimali İrlandiya ilə oyununda Vasilyevin qolundan sonra);

Tiyerri Roland (Fransa): “Məncə, bu anı gördükdən sonra hamımız sülh içində ölə bilərik” (1998-ci il, Fransa dünya çempionu olduqdan sonra);

Emre Tilev (Türkiyə): “Kim qoydu o dirəyi oraya?” (“Beşiktaş” UEFA Avropa Liqasında 2011-12 mövsümündə “Stok Siti” ilə oynayır. Şərhçi Quareşmanın dirəyə dəyən zərbəsindən sonra hislərini bu sözlərlə ifadə edir).

Vüsal Məmmədzadə

 






22 İyul, 2014  18:42 Baxılıb: 910 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner