Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb
Simsar.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 24-də Belarusun Soliqorsk şəhərindəki "Stroitel" stadionunda keçiriləcək "Şaxtyor" - "Derri" (İrlandiya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.