Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda partiya sədri vəfat etdi - Foto

Milli Məclisin keçmiş deputatı, vaxtilə özünün yaratdığı “Namus” Respublika Partiyasına sədrlik edən Toğrul İbrahimli vəfat edib.

T.İbrahimlinin ailəsindən verilən məlumata görə, o, ötən gecə 63 yaşında dünyasını dəyişib. Mərhum Mərdəkan qəbiristanlığında dəfn olunub.

Modern.az-ın məlumatına görə, Toğrul İbrahimli 1951-ci idlə dünyaya gəlib. 1995-ci ildə hakim Yeni Azərbaycan Partiyasının üzvü kimi Milli Məclisin deputatı seçilib. 1998-ci ildə YAP üzvlərinin bir neçəsi partiyadan ayrılmaq qərarına gəlmişdi. Parlamentin o vaxtkı iclaslarının birində Toğrul İbrahimli də spiker olan Murtuz Ələsgərovdan bəyanat oxumaq üçün icazə alır. O, elə Milli Məclisdəcə “Namus” Respublika Partiyası yaratdığı səbəbindən hakim partiyadan ayrıldığını bəyan edir. Onun AMİP-dən olan deputat həmkarı Nazim İmanov bir qədər sonra zarafatyana demişdi: “Adamın Allahı var, Toğrul YAP-dan “Namus”la ayrıldı”.

Toğrul İbrahimli deputatlıqdan sonra “Namus”u ilə birgə siyasi meydandaydı. 2003-cü il prezident seçkiləri ərəfəsində yaradılan “Bizim Azərbaycan” siyasi partiyalar blokuna qoşulmuşdu. Hətta o vaxt bu blokun prezidentliyə vahid namizədi olan Müsavat Partiyasının başqanı İsa Qəmbərlə birgə bölgələrə səfərə də çıxırdı...

Toğrul İbrahimlininin “Namus” partiyası bir müddət keçmiş baş prokuror İxtiyar Şirinin rəhbəri olduğu Milli Konqres Partiyası ilə də əməkdaşlıq edib. Bu iki partiyanın birgə əməkdaşlıqla bağlı sazişləri də olub. Toğrul müəllim partiyası ilə Azərbaycançı Qüvvələr Birliyi adlı blokda da təmsil olunub. Qeyd edək ki, həmin blokda əsas söz sahibləri Azərbaycan Sosial Demokrat və Azərbaycan İslam partiyaları idilər. Sonralar blok dağıldı

Toğrul İbrahimli haqda ən son məlumat bundan ibarət idi ki, hər şeydən bezən eks-deputat partiyasını bağlayıb, özü isə Mərdəkana köçmüşdü.

Allah rəhmət eləsin!






22 İyul, 2014  17:10 Baxılıb: 698 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner