Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Meşələrimiz niyə yanır? – ARAŞDIRMA

Yay fəslinin kəskin istilərlə müşaiyət olunması ilə əlaqədar dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Rusiya və Gürcüstanda güclü meşə yanğınları baş verib, yüzlərlə ev külə dönüb, çoxsaylı insan təlafatı olub. Yanğınların miqyası o qədər böyüyüb ki, güclü tüstü hava limanlarının işinə də mənfi təsirini göstərib. Rusiya dövləti yanğının söndürülməsi üçün qonşu ölkələrdən yanğınsöndürənlər istəyib.

Meşə yanğınları Azərbaycanda geniş ərazini əhatə etməsə də, mütəmadi olaraq baş verir. Bu yanğınların hansı səbəbdən baş verməsi, qarşısının alınması üçün hansı işlərin görülməsi barədə mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq.

“Azərbaycanda baş verən meşə yanğınlarına səbəb insan faktorudur”

“Meşə yanğınları insan fəaliyyəti və ya təbiət hadisələri nəticəsində yarana bilir. Ancaq  Azrəbaycanda baş verən meşə yanğınlarında insan əməyinin böyük rolu var”. Bu sözləri Simsar.az-a  açıqlamasında ekoloq Telman Zeynalov son vaxtlar ölkəmizdə baş verən meşə yanğınlarına münasibət bildirərkən deyib.

“Baş vermiş meşə yanğınları yaxınlıqdakı kənd təsərrüfatı sahələrində otların yandırılması nəticəsində meydana gəlir. Azərbaycanda təbiət hadisələri nəticəsində meşə yanğınları baş vermir. Meşə yanğınlarının baş verməməsi üçün kütləvi təbliğat kampaniyası aparmaq lazımdır”.

Ekoloqun sözlərinə görə, bu işdə ayrı-ayrı dövlət qurumları mübarizə aparmalıdır. Çünki otun yandırılması nəticəsində torpağın üzərində olan humus qatı tamamilə məhv edilir. Piknik edən turustlərin də hərəkəti nəzarətdə olmalıdır. Bunun üçün mərkəzləşmiş qaydada iş aparılmalıdır. “Meşə ərazilərinə cavabdeh olan şəxlər pikniklər üçün xüsusi yerlər ayırmalıdırlar. Turistlərin pərakəndə istirahəti, harada gəldi məskən salması, onların ehtiyatsızlığı güclü meşə yanğınlarına səbəb olur. Bu işlərə nəzarət yerli icra hakimiyyəti və bələdiyyələrin səlahiyyətindədir. Bununa bağlı Azərbaycanın qanunvericilik bazası da var, ancaq icra mexanizmi zəifdir” –T. Zeynalov bildirib.

“Son 3 ildə 13 hektar əraziyə ziyan dəyib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov Simsar.az-a açıqlamasında ölkə ərazisinin 11 faizini meşə  sahələrinin təşkil etdiyini  hazırda yanğın təhlükəsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görüldüyünü deyib.

“Qabaqlayıcı tədbirlər həyata keçirilmək üçün Nazirliyin tabeçiliyindəki bütün müəssisələrdə sutkalıq növbətçilər təşkil edilib. Mütəmadi olaraq reydlər keçirilir, əhali arasında izahat işləri aparılır. Yanğın təhlükəsi olan ərazilərdə 350 km-dək məsafədə yanğın əleyhinə mineral zolaqlar çəkilib. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi ilə ilin əvvəlindən birgə tədbirlər planı hazırlamışıq. Həmin plana uyğun olaraq da müvafiq addımlar atılır”.

S.Salmanov bu il Azərbaycanın 2 bölgəsində meşə yanğınları baş verdiyini bildirib.  Bu da ümumilikdə 10  hektar meşə fondu ərazisidir. Giləzi qəsəbəsi və Lerikdə baş vermiş yanğın nəticəsində 10 hektar əraziyə ziyan dəyib.

“Giləzidə baş verən yanğına səbəb Broyler Səhmdar Cəmiyyətinin məişət tullantılar sexində baş vermiş yanğın nəticəsində başlayıb. Yanğın  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar Nazirliyi yanında Yanğın Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyi nəticəsində yanğın söndürlmüş meşə fonduna ciddi ziyan dəyməyib. Lerik rayonunda baş vermiş yanğın dağlıq zonanı əhatə edib cəmi 5 hektar ərazi yanıb.Yanğına  səbəb həmin zonanın yüksək dağlıq ərazi olmasıdır. Ərazidə ağacdan çox kol-kos yanıb. Yanğın ilkin olaraq bələdiyyə ərazisində başlayıb, oradan isə meşə fondunun ərazisinə keçib. Hazırda davam edən yanğın 5 hektara qədər ərazini əhatə edib”.

Onun sözlərinə görə, rayon mərkəzindən 35 kilometr aralıda, dağlıq meşə ərazisində baş verən yanğına FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb edilib. Qalan ərazilərdə isə yanğın hadisəsi quru ot örtüyündən yaranıb. Qurum rəsmisinin sözlərinə görə, Azərbaycanda baş verən meşə yanğınlarının 90%-i taxıl biçinindən sonra bələdiyyə ərazilərinə daxil olan sahələrdir. Oduncaq itkisinə yol verilmədiyindən, bu yanğınlar zamanı dövlətə 800 manat ziyan dəyib. Sadiq Salmanov son 3 ildə meşə yanğınları nəticəssində  ölkədə 13 hektar  ərazinin yandığını deyib.

Yanğın hadisələrinin baş verməsindən meşə fonduna ziyan dəyən məbləğdən danışan  mütəxəssis təəssüflə bildirdi ki, işğal altında olan torpaqlarımızda da meşə yanğınlarına tez-tez təsadüf olunur. “Hazırda 621 min hektara yaxın ən məhsuldar meşələrimiz erməni işğalçılarının tapdağı altındadır. Təbii ki, orada meşə təsərrüfatı ilə amansız rəftar edilir, qiymətli ağaclar qanunsuz şəkildə kəsilərək Ermənistana daşınır, meşə yanğınları törədilir. Meşələr baxımsız vəziyyətdə məhv olur. Təəssüf ki, biz rəsmi qaydada bu yanğınlara müdaxilə edib, qarşısını ala bilmirik”.

“Əhalimiz ehtiyyatlı davranmalıdır”

S.Salmanov yanğından meşə təsərrüfatına ziyan dəyməməsi üçün əhalini ehtiyatlı olmağa çağırıb. “Əsasən taxıl biçinindən sonra bələdiyyə torpaqlarında belə yanğın hadisələri baş verir. Bundan başqa, əhalinin ehtiyatsızlığı üzündən də meşə yanğınlarına təsadüf olunur. Odur ki, əhaliyə bu məsələdə ayıq-sayıq olmaq tövsiyə olunur. Meşələr ilk növbədə hər bir ölkənin ekoloji cəhətdən təmizliyini təmin edir. Odur ki, sağlam ekologiya naminə meşələrin qayğısına qalmaq hər birimizin borcudur”.

 

Aysel Kərimova







22 İyul, 2014  14:05 Baxılıb: 2537 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner