Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İrəvan xalçaları Rusiyanın elmi nəşrində işıqlandırıldı

Rusiyanın nüfuzlu elmi nəşrlərindən biri olan “Müasir elmi fikir” (“Sovremennaya nauçnaya mısl”) jurnalının tarix bölməsində Azərbaycanın Əməkdar İncəsənət Xadimi, professor Vidadi Muradovun “Azərbaycan xalçalarının İrəvan qrupu” (“Erivanskaya qruppa azerbaydanskix kavrov”) sərlövhəli məqaləsi dərc edilib.Simsar.az xəbər verir ki, Rusiya elmi nəşrlərində Azərbaycan xalçalarının İrəvan qrupu haqqında verilən ilk obyektiv informasiya, elmi məqalədir. Professor V.Muradov məqalədə tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının inzibati sərhədləri, əhalisinin etnik tərkibi, məşğuliyyəti, bu bölgədə inkişaf etmiş sənətkarlıq sahələri, o cümlədən xalçaçılıq və boyaqçılıq haqqında geniş məlumat təqdim edib. Xovlu və xovsuz xalçaları Ağbaba, Şörəyel, Loru, Pəmbək, Şəmşəddin, Göyçə, Gərnibasar, Vedibasar, Qırxbulaq, Əştərək, Zəngəzur, Dərələyəz və s. kimi mahallar, İrəvan şəhəri üzrə təsnifata cəlb edən alim, onların təkamülünü tarixi, ədəbi kontekstdə, folklor nümunələri, adət-ənənələr zəminində araşdırıb.

Məqalədə İrəvan xalçalarının digər xalça qruplarına aid nümunələrlə oxşar və fərqli cəhətlərinin geniş şəkildə təhlili, semantik xüsusiyyətlərinin müqayisəsi, naxış-ornament sisteminin izlənməsi İrəvanın, bütövlükdə hazırda Ermənistan Respublikası adlanan ərazinin qədim Azərbaycan torpağı olması faktına kulturoloji istinad rolunu oynayır.

Jurnalın təsisçisi Rusiya Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, baş redaktoru isə tarix elmləri doktoru, professor İqor Turitsindir.

Günel

 






22 İyul, 2014  13:57 Baxılıb: 902 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner