Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda İSO standartı üzrə təlim başa çatdı

Bakıda keçirilən İSO 55001-2014 standartı üzrə təlim başa çatıb

Simsar.az xəbər verir kki, 7-10 iyul tarixlərində Bakıda Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə həyata keçirilən aktivlərin idarəedilməsi sistemi tələblərini müəyyən edən İSO 55001-2014 standartı üzrə dörd günlük təlim başa çatıb.

Təlimdə Azərbaycan Respublikasında geniş infrastruktura malik dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edib. Təlim üç hissədən ibarət olmaqla, aktivlərin idarəedilməsinin əsaslarını, İSO 55001 tələblərini, İSO 55001 üzrə auditin əsas aspektlərini özündə cəmləşdirib. Təlim zamanı Britaniya Standartlar İnstitutunun nümayəndəsi Pedro Pastrana çıxış edərək təlim iştirakçılarına İSO 55001 “Aktivlərin idarəedilməsi sistemi” standartının tətbiqi barədə geniş məlumat verib.

Qeyd edək ki, təlimin keçirilməsində əsas məqsəd iri şirkətlərin infrastrukturunun, aktivlərinin effektiv idarəedilməsinin yüksəldilməsi istiqamətləri barədə şirkət nümayəndələrini məlumatlandırmaq, biznesin strateji məqsədlərinə nail olmaqda müəssisələrə öz aktivlərindən effektiv və səmərəli istifadə etmə yollarını göstərmək olunub.

Hüseyn İbadlı

 






22 İyul, 2014  11:57 Baxılıb: 853 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner