Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əmək bazarının təhlili üçün YENİ SİSTEM

Azərbaycanda yeni elektron informasiya sistemi əmək bazarının təhlili üçün dolğun informasiya bazası formalaşdıracaq

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il iyulun 1-dən istifadəyə verilən elektron informasiya sistemi  (EİS) əmək müqaviləsi bildirişləri haqqında bütün məlumatları əhatə etməklə, respublikanın əmək bazarı ilə bağlı obyektiv təhlillərin aparılması üçün dolğun informasiya bazası formalaşdıracaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumat görə, informasiya bazasında əmək bazarına daxil olan və ya sərbəstləşən işçi qüvvəsi, əməyin şərtləri, əməyin dəyərinin qiymətləndirilməsi və əmək haqqının kəmiyyəti, işçi qüvvəsinin daha cox cəlb olunduğu fəaliyyət sahələri və yerdəyişməsi, işçi qüvvəsinə olan tələblər, onun yaş strukturu və s. barədə toplanan məlumatlar əmək bazarı ilə bağlı geniş təhlillər aparmağa imkan verəcək. Real məlumatlara əsasında aparılan təhlillərin nəticələri isə gələcəkdə əmək bazarı ilə bağlı inkişaf proqramlarının, islahat tədbirlərinin həyata keçirilməsində mühüm rol oynayacaq.

Digər tərəfdən, bu və ya digər müəssisədə əmək qanunvericiliyinə dövlət nəzarəti zamanı işçilərin leqal və ya qeyri-leqal əmək fəaliyyəti göstərdiyi informasiya bazasında onlarla bağlı  əmək müqaviləsi bildirişinin mövcud olub-olmamasından asılı olaraq operativ şəkildə müəyyənləşəcək.

 






22 İyul, 2014  11:56 Baxılıb: 622 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner