Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Tanınmış rəssamın sərgisi açıldı

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə tanınmış rəssam Elçin Muradovun 55 illik yubileyinə həsr olunmuş fərdi sərgi açılıb.

Simsar.az xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov rəssamın yaradıcılığından danışıb.

Bildirilib ki, 2012-ci ildən ittifaqın üzvü olan Elçin Muradov təşkilatın tədbirlərində fəal iştirak edir. Sərgidə nümayiş olunan müəllifin 30-dan çox gül natürmortu onun qəlbinin incəliyindən xəbər verir. Eyni zamanda onun sərgilənən əsərlərində əksini tapan fəlsəfi fikirlər insanı düşünməyə məcbur edir.

Qeyd olundu ki, çox təvazökar və işgüzar insan olan E.Muradovun Abşeron Rayon Mədəniyyət Şöbəsinin mədəniyyət evində səkkiz, Sumqayıt şəhər dövlət rəsm qalereyasında isə bir fərdi sərgisi açılıb. O, Azərbaycanda, eləcə də ölkəmizin sərhədlərindən kənarda keçirilən sərgilərdə iştirak edib. Əsərləri dünyanın müxtəlif ölkələrində kolleksiyalarda qorunub saxlanılır.

Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev qeyd edib ki, realist rəssam Elçin Muradovun əsərləri estetik zövq verir. Onun həyata özünəməxsus münasibəti var.

Mərasimdə Elçin Muradova Mədəniyyət və Turizm Nazirliyi və Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsi adından rəssamlıq sənətinin inkişafında və təbliğində fəal iştirakına, eləcə də fərdi sərgilərinin təşkilinə görə fəxri fərman təqdim edildi.

Fərdi sərgisinin Azərbaycan Rəssamlar İttifaqında təşkilini özünü böyük arzusunun reallaşdığı kimi dəyərləndirən Elçin Muradov bu işdə ona kömək edən hər kəsə dərin təşəkkürünü bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular.

Bir həftə davam edəcək sərgidə müəllifin ümumilikdə 90-dək əsəri, o cümlədən portretləri, mənzərələri, tarixi janrda çəkdiyi əsərləri, natürmortları nümayiş etdirilir.

Günel







22 İyul, 2014  10:06 Baxılıb: 1015 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner