Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Oğurlanan pulun məbləği 250 min manat olub

DİN: “Evindən pul oğurlanan şəxs həmin Çingiz Məmmədov deyil...”

Daxili İşlər Nazirliyi müdafiə nazirinin müavini Çingiz Məmmədovun evindən 12 milyon manat pul aparılması barədə mətbuatda yaylan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda bildirilir ki, bu məlumatın heç bir əsası yoxdur. “Evindən pul oğurlanan şəxs 1969-cu ildə Lerik rayonunda anadan olmuş Məmmədov Çingiz Nəriman oğludur. Onun müdafiə nazirinin müavini Çingiz Məmmədovla eyniləşdirilməsi ucuz sensasiya yaratmaq cəhdindən başqa bir şey deyil”.

Məlumatda bildirilir ki, sözügedən oğurluq hadisəsi ötən ilin sentyabr ayında Məmmədov Çingiz Nəriman oğlunun Bakıxanov qəsəbəsindəki evində baş verib: “Həmin hadisə zamanı oğurlanan pulun məbləği isə yayılan məlumatlardakı kimi 12 milyon deyil, 250 min manat olub”.

Məlumatda daha sonra deyilir ki, həmin oğurluq hadisəsini törədən iki nəfər 2011-ci il martın 15-də Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.






30 Mart, 2011  02:45 Baxılıb: 1164 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner