Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Prezidentin hikkəsi: “Yerə girsin rəsmi açıqlamalarınız...”

Venezuela Dövlət Başçısı Nikola Maduro: “Çavesin Venezuelası BMT-yə “Bəsdir!” deyir”

Venezuela Dövlət Başçısı Nikola Maduro da Qəzzada baş verənlərə etirazını bildirib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Maduro Fələstin xalqının öldürülməsinə səbəb olan Siyonist liderlər və rəsmilərin hərbi cinayətlə mühakimə olunaraq cəzalandırılmasını tələb edib. O media qarşısında etdiyi çıxışda bildirib ki, Fələstin xalqına qarşı edilən bu əməliyyat qətliamdır. “Bu qətliam artıq soyqırıma doğru gedir. Heç də dinlərarası ixtilaf deyil. Bu iqtisadi və hərbi maraqlarla İsrailin Fələstin torpaqlarını işğal cəhdidir, soyqırımdır. İsrail xalqına və dinlərinə hörmətlə yanaşırıq. Venezuelada yaşayan yəhudilərlə qarşılıqlı anlaşma şəraitindəyik. Mən xüsusilə yəhudilərə çağırış edirəm. İndiyə qədər dövlətiniz yüzlərlə fələstinlini qətl edib. Körpələrin öldürülməməsi naminə öncəliklə yəhudilər etiraz etməli, dövlətlərini dayandırmalıdırlar”.

Edilənlər qarşısında sakit dayana bilməyəcəyini dilə gətirən Maduro ərəb dövlətlərinin bu qədər sükutunu anlamadığını bildirib. “İkinci çağırışım isə bölgədəki ərəb dövlətlərinə və onların liderlərinədir. Olanlara qarşı nə qədər sakit mövqedə qalacaqsınız?! Fəlsətindəki qardaşlarınızın qətlinə seyrçi olacaqsınız? Ərəb xalqları nə vaxt oyanacaq? O liderlər nə vaxt ayılıb Fələstin xalqının səsinə səs verəcək? Yerə girsin rəsmi açıqlamalarınız, protokollarınız. Artıq hərəkətə keçməlisiniz. Venezuela başçısı olaraq sizə səslənirəm: Bəsdir! Siz narahat deyilsiniz. Əsl narahat olanlar Fələstində qolunu itirən körpələr, ailələrdir”.

Sonda Prezident səs tonuna görə, onu dinləyənlərdən üzr istəyib. “Məni belə danışdıran içimdəki qəzəbdir. Artıq ölümlərə alışan dünya bu məsələdə kar və kordur. Ancaq Çavesin Venezuelası artıq “Bəsdir!” deyir və BMT-ni ədalətə çağırır. Ədalət!

 

Ülviyyə Cövdətqızı

 






21 İyul, 2014  17:07 Baxılıb: 904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner