Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Prezident evlənir

Fransa prezidenti Fransua Olland aktrisa Jüli Qayla münasibətlərini qanuniləşdirməyi planlaşdırıb. Simsar.az-ın məlumatına görə, prezident xeyli müddətdir gizli sevgi yaşadığı aktrisa ilə tətil zamanı evlənəcək.

Nigah mərasimi 12 avqusta baş tutacaq. Dövlət başçısının tətili 5 avqustda başlayacaq və cəmi 10 gün sürəcək.

Ollandın prezident seçkilərində qalib gəldiyi Sosial partiyasından olan mənbə mətbuata bu məlumatı ötürüb: "Artıq üç aydır Ollandın Jüli Qayla 12 avqustda nigaha girəcəyi barədə danışıqlar gedir".

Cütlüyün harada dincələyi barədə məlumat verilmir. 12 avqust tarixi təsadüfən seçilməyib, Olland məhz bu gündə 60 illiyini qeyd edəcək.

Məşhur astroloq Elizabet Tesye (Elizabeth Teissier) hələ fevral ayında prezidentin 12 avqustda nikah bağlayacağının mümkünlüyünü proqnoz vermişdi.

Xatırladaq ki, bu ilin yanvar ayında Fransa prezidentinin aktrisa Jüli Qayla gizli sevgi münasibətlərini sübut edən fotolar dərc edilmişdi. Prezident bu faktı inkar etməmişdi, sadəcə vətəndaş nikahında olduğu fransız jurnalisti Valeri Triyerveylerlə münasibətlərinin çətin mərhələsini yaşadlarını bildirməklə kifayətlənmişdi.

Daha sonra isə Olland Valeri ilə münasibətlərinin başa çatdığını bəyan etmişdi.






21 İyul, 2014  13:13 Baxılıb: 789 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner