Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Koroğlu rolunu oynayan ən gənc ifaçı

Ramil Qasımov: “İlk ifamı Bülbülə ithaf etdim”

Martın 27-də Opera və Balet Teatrında “Koroğlu” operasının növbəti tamaşası nümayiş olunub. Tamaşada baş rolu ilk dəfə vokalçı Ramil Qasımov ifa edib və Azərbaycan musiqi tarixində Koroğlu rolunu oynayan ən gənc ifaçı kimi dəyərləndirilib. Bülbülün həyat yoldaşı Adelaida Məmmədova, bəstəkar Musa Mirzəyev, dirijor Yalçın Adıgözəlov nümayişdən sonra tamaşa barədə təsüratlarını bölüşüblər.

Bugün keçirilən mətbuat konfransında tamaşanın uğurla gerçəkləşdiyi qeyd olunub. Tədbirdə Ramil Qasımov ilk ifasını Azərbaycanda peşəkar vokalçılıq məktəbinin banisi Bülbülə ithaf etdiyini və Koroğlu rolunu ifa etməyin şərəfli, həm də məsuliyyətli iş olduğunu söylədi: “Üzeyir Hacıbəyovun şah əsərində aşıq musiqisi, milli muğam əksini tapır. Biz bunları dünyaya tanıda və bunula fəxr edə bilərik. Koroğlu obrazını yardanda Bülbül və Lütfiyar İmanov məktəbindən bəhrələnmişəm”.

Vokalçı əsərin film-opera formatında hazılanmasının vacibliyini vurğuladı: “Operanı film kimi çəkmək bu əsərin dünyaya tanıdılması, həm də gələcək nəsillər üçün təbliğ olunması baxımından önəmlidir”.

Tamaşaya əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib. Operanın dirijoru Nazim Hacıbəyov olub. Rollarda İlahə Əfəndiyeva (Nigar), xalq artisti Şahlar Quliyev (Həsən xan), əməkdar artistlər Nizami Bağırov (Əhsən paşa), Əkrəm Poladov (Alı), Əli Əsgərov (İbrahim xan) və başqaları çıxış ediblər.

Tədbirdə R.Qasımov bədii rəhbəri olduğu “Biz Bakıdanıq” estrada simfonik orkestri barədə də məlumat verdi: “Məqsədimiz savadlı, istedadlı gəncləri bir araya gətirmək və “Səni təmsil edirəm, Azərbaycanım!” şüarı ilə dünyanın bir çox ölkələrində çıxış etməkdir. Hələlik bölgələrə gedirik, sentyabrdasa Moskvada konsert verməyi planlaşdırırıq. Bundan əlavə unudulmuş sənətkarların disklərini də hazırlayırıq”.

Arifə Mikayılova







29 Mart, 2011  21:35 Baxılıb: 2742 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner