Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Prezident "Norm" sement zavodunun açılışını edib

Azərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən "Norm" sement zavodunun açılışında iştirak edib.

Simsar.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə inzibati binada Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində hakimiyyəti dövründə Azərbaycanda istifadəyə verilən sənaye müəssisələrinin açılışlarında iştirakını və hazırda bu sahəyə göstərilən diqqət və qayğını əks etdirən fotostendlərə baxıb.

Müəssisənin laboratoriyası və idarəetmə mərkəzi ilə tanış olan Azərbaycan prezidentinə ölkənin sement bazarı və zavod haqqında məlumat verilib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, müəssisə gündə 5 min ton klinker, ildə 2 milyon ton sement istehsalı gücünə malikdir. Zavodda 350 nəfər işlə təmin olunub.

Dövlət başçısı zavodu işə salıb və monitorda istehsal prosesinin gedişinə baxıb.

Müəssisə ilə tanışlıqdan sonra prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.






21 İyul, 2014  10:31 Baxılıb: 1111 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner