Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

MTN 362 kq narkotikin daşınmasının qarşısını alıb

Qurum 2011-ci ilin ilk üç ayında bu istiqamətdə bir neçə əməliyyat tədbiri keçirib

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 2011-ci ilin hazırkı dövrünədək olan müddət ərzində həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 31 nəfər ifşa olunaraq yaxalanıb, onlardan ümumilikdə 362 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.


MTN ictimai əlaqələr mərkəzindən Lent.az-a bildirilib ki, Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti arasında əməliyyat informasiyası mübadiləsi nəticəsində «İran-Azərbaycan-Rusiya» marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları – Barin Ali Halis oğlu, Talıbov Elman Muxtar oğlu, Əzizov Vidadi Əziz oğlu və Qurbanov Bəhruz Möhəbbət oğlu Rusiyanın Novokuznetsk şəhərində saxlanılıb, onlardan 263 kiloqram həşiş aşkarlanıb. Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, dəstə üzvləri həmin həşişi içərisinə şüşə yığılmış yük konteynerində gizlədərək İrandan Rusiyaya yola göndərilməsini təşkil ediblər. Yük konteyneri gəmi vasitəsilə İranın Ənzəli limanından Rusiyanın Həştərxan limanına gətirilib, oradan isə dəmir yolu vasitəsilə Novokuznetsk şəhərinə aparılıb. Adları çəkilən şəxslər həmin narkotik vasitələri yük konteynerindən götürən zaman cinayət başında yaxalanıblar.



Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Şükürov Əliməmməd Həşim oğlu və Məmmədov Əzizağa Qurban oğlu Yekaterinburq şəhərində saxlanılıb, onların İran ərazisindən göndərilməsini təşkil etdikləri və içərisində xurma olan konteynerə keçirilmiş baxış zamanı oradan 53,5 kiloqram həşiş aşkarlanaraq götürülüb.



MTN-in digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları – Məmmədsalahov Rəşad Nazim oğlu, Quliyev Azər Pirabad oğlu, Axundov Rufin Çölü oğlu, Məmmədov Kamil Nəriman oğlu, Zeynalov İbrahim Telman oğlu və Qurbanov Nəvai Nizami oğlu saxlanılıb, onların Bakı-Moskva qatarının bələdçiləri ilə Rusiyaya qaçaq yolla göndərmək istədikləri 10 kiloqrama yaxın həşiş vaqonun xidməti kupesinin ventilyasiya şaxtasında aşkarlanıb.



Həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində İrandan qaçaq yolla Azərbaycan ərazisinə narkotik vasitələri gətirmiş Azərbaycan Respublikasının vətəndaşları – Bayramzadə Hüseynağa Ağakərim oğlu, Zeynalov Elçin Əliyulla oğlu, Məmmədov Eldar Qəzənfər oğlu, Hətəmov Elşən Qabil oğlu, Mizəyev Xudaverdi Əlihüseyn oğlu və Vəliyev Faiq Əliguşad oğlu saxlanılıb, onlardan təxminən 15 kiloqram həşiş və 2 kiloqrama yaxın heroin götürülüb.



Digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Novruzov Novruz Nurəddin oğlu, Behbudov Seymur Həsən oğlu, Həsənov Azər Qasım oğlu, Behbudov İsaməddin Yaqub oğlu və Əliyev Müşfiq Yaşar oğlu saxlanılıb, onlardan “Bakı-Kiyev” qatarında gizli daşınması üçün nəzərdə tutulan 10 kiloqrama yaxın həşiş aşkar edilib.



Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Kərimov Vüqar Sabir oğlu, Ağayev İsmayıl Yəhya oğlu, Kərimov Adil Sabir oğlu və Nəzərov Seyran Hacı oğlu saxlanılıblar. Adil Kərimov və Seyran Nəzərovun İran İslam Respublikasının ərazisindən gətirdikləri ərzaq məhsullarına baxış keçirilərkən oradan təxminən 2 kiloqram heroin, eləcə də 1 kiloqrama yaxın tiryək, həşiş qətranı və metamfetamin (sintetik narkotik) aşkarlanaraq götürülüb.


Mart ayında keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Baxşıyev Ədil Baxşeyiş oğlu, İsgəndərov Aslan Əzizxan oğlu və Şükürov Teymur Yaşıl oğlu saxlanılıb, baxış nəticəsində onlardan İrandan qaçaq yolla Azərbaycan ərazisinə keçirilmiş 5 kiloqrama yaxın həşiş, təxminən 2 kiloqram heroin və 42,6 qram tiryək aşkarlanıb.


Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.






29 Mart, 2011  20:55 Baxılıb: 1345 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner