Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MTN daha kimləri həbs etdi...

Nazirlik rəsmi açıqlama yaydı

Martın 29-da Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzi rəsmi açıqlama yayıb. “Media forum” saytının məlumatına görə, açıqlamada deyilir: “2011-ci ildə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin daşınması ilə məşğul olan 31 nəfər ifşa olunaraq yaxalanıb, onlardan ümumilikdə 362 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.


Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti arasında əməliyyat informasiyası mübadiləsi nəticəsində İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları Barin Ali Halis oğlu, Talıbov Elman Muxtar oğlu, Əzizov Vidadi Əziz oğlu və Qurbanov Bəhruz Möhəbbət oğlu Rusiyanın Novokuznetsk şəhərində saxlanılıb, onlardan 263 kiloqram həşiş aşkarlanaraq götürülüb.

Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları Şükürov Əliməmməd Həşim oğlu və Məmmədov Əzizağa Qurban oğlu Yekaterinburq şəhərində saxlanılıb, onların İran ərazisindən göndərilməsini təşkil etdikləri 53,5 kiloqram həşiş aşkarlanaraq götürülüb.

Milli Təhlükəsizlik Nazirliyinin digər əməliyyatında Azərbaycan vətəndaşları Məmmədsalahov Rəşad Nazim oğlu, Quliyev Azər Pirabad oğlu, Axundov Rufin Çölü oğlu, Məmmədov Kamil Nəriman oğlu, Zeynalov İbrahim Telman oğlu və Qurbanov Nəvai Nizami oğlu saxlanılıb, onların Bakı-Moskva qatarının bələdçiləri ilə Rusiyaya qaçaq yolla göndərmək istədikləri 10 kiloqrama yaxın həşiş götürülüb.

Həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində İrandan qaçaq yolla Azərbaycan ərazisinə narkotik vasitələri gətirmiş Azərbaycan vətəndaşları Bayramzadə Hüseynağa Ağakərim oğlu, Zeynalov Elçin Əliyulla oğlu, Məmmədov Eldar Qəzənfər oğlu, Hətəmov Elşən Qabil oğlu, Mizəyev Xudaverdi Əlihüseyn oğlu və Vəliyev Faiq Əliguşad oğlu saxlanılıblar, onlardan təxminən 15 kiloqram həşiş və 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Digər əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları Novruzov Novruz Nurəddin oğlu, Behbudov Seymur Həsən oğlu, Həsənov Azər Qasım oğlu, Behbudov İsaməddin Yaqub oğlu və Əliyev Müşfiq Yaşar oğlu saxlanılıb, onlardan “Bakı-Kiyev” qatarında gizli daşınması üçün nəzərdə tutulan 10 kiloqrama yaxın həşiş aşkarlanaraq götürülüb.

Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Kərimov Vüqar Sabir oğlu, Ağayev İsmayıl Yəhya oğlu, Kərimov Adil Sabir oğlu və Nəzərov Seyran Hacı oğlu saxlanılıblar. Adil Kərimov və Seyran Nəzərovun İran İslam Respublikasının ərazisindən gətirdikləri ərzaq məhsullarına baxış keçirilərkən oradan təxminən 2 kiloqram heroin, eləcə də 1 kiloqrama yaxın tiryək, həşiş qətranı və metamfetamin (sintetik narkotik) aşkarlanaraq götürülüb.

Mart ayında keçirilmış əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları Baxşıyev Ədil Baxşeyiş oğlu, İsgəndərov Aslan Əzizxan oğlu və Şükürov Teymur Yaşıl oğlu saxlanılıb, baxış nəticəsində onlardan İrandan qaçaq yolla Azərbaycan ərazisinə keçirilmiş 5 kiloqrama yaxın həşiş, təxminən 2 kiloqram heroin və 42,6 qram tiryək aşkarlanaraq götürülüb.

Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.






29 Mart, 2011  20:39 Baxılıb: 1312 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner