Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

PKK-nın 3 milyon dolları oğurlanıb

PKK terror təşkilatı tarixində ən böyük oğurluq-dələduzluq olayı ilə üzləşib

Simsar.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, terror təşkilatının narkotik vasitə qaçaqmalçılığı və insan ticarətindən əldə etdiyi 3 milyon dollar oğurlanıb. 


Olay Şimali İraqdakı Kürdüstan Bölgə Muxtariyyətinin inzibati mərkəzi Suleymaniyyə şəhərində baş verib. Qəndil dağlarında məskunlaşan PKK rəhbərliyi bu pulları iyun 12-də Türkiyədə keçiriləcək parlament seçkiləri dönəmində ölkənin parçalanması istiqamətində fəaliyyət göstərən siyasi təşkilatın təbliğatının aparılması üçün ayırıbmış.


PKK rəhbərliyi Süleymaniyə üzrə əsas şəxsləri olan “Ferit”, “Zeki” və “Drej” kod adlı üzvləri haqqında edam hökmü verib. Terror təşkilatının rəhbərliyi bu pulların oğurlanmasında bölgədəki yerli təhlükəsizlik qüvvələrinin və xarici ölkələrin kəşfiyyat orqanlarının rolunun olub-olmadığını da araşdırır. 3 milyon dolları geri ala bilmək üçün İraq, İran və Avropa ölkələrinə xüsusi dəstələr göndərilib. Oğurluq olayının son vaxtlar maliyyə böhranı yaşayan terror təşkilatı üçün ciddi sıxıntı yaratdığı bildirilir.






29 Mart, 2011  19:25 Baxılıb: 1254 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner