Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

DİN-dən böyük narkotik əməliyyatı - Foto

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları narkotik maddələrin əkilib becərilməsi və satışında təqsirli bilinən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Gəncə şəhər sakini, 57 yaşlı Namiq Musayevin kirayə götürdüyü evin həyətyanı sahəsinə baxış zamanı 600 kvadratmetr ərazidəki istilikxanadan ümumi çəkisi 251 kiloqram olan 505 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs bildirib ki, narkotik tərkibli bitkiləri bir neçə ay əvvəl əkib. Bu müddət ərazində xüsusi aqrotexniki qaydalara uyğun olaraq becərib. Namiq Musayev çətənə kollarını satış məqsədilə əkib becərdiyini etiraf edib.

Onun yaşadığı Gəncə şəhəri Ozan küçəsindəki evə baxış zamanı isə kibrit qutularına doldurulmuş qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də cinayət məcəlləsinin bir neçə ağır maddəsi ilə dəfələrlə məhkum olunaraq 14 il həbsdə yatıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.






18 İyul, 2014  13:40 Baxılıb: 1442 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner