Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xaricdə sığınacaq almaq istəyənlərin sayı azalıb

Ötən iki ildə Azərbaycan vətəndaşları 44 Qərb ölkəsinə sığınacaq almaq üçün müraciət ediblər

BMT-nin Qaçqınlarla İş üzrə İdarəsinin inkişaf etmiş ölkələrdə sığınacaq axtaran insanların sayı son 10 ildə ən aşağı səviyyəyə enib.

APA-nın məlumatına görə, analoji tendensiya sığınacaq almaq üçün müraciət edən azərbaycanlıların sayında da müşahidə olunur. 2009-2010-cu illərdə belə soydaşlarımızın sayı 2000-ci illərin əvvəllərinə nisbətən 20 faiz azalıb. Ötən iki ildə Azərbaycan vətəndaşları 44 Qərb ölkəsinə sığınacaq almaq üçün müraciət ediblər. 2009-cu ildə belə müraciətlərin sayı 2495, ötən il isə 1987 olub.
Azərbaycanlılar əsasən Avropa İttifaqı ölkələrində sığınacaq axtarmağa üstünlük verirlər. 2009-cu ildə 2338, ötən il isə 1841 soydaşımız Aİ ölkələrinə sığınacaq almaq üçün müraciət edib.
Ümumilikdə ötən il dünyada sığınacaq almaq üçün ayrı-ayrı ölkələrə 358 min müraciət edilib. Bu, ötən ilki göstəricidən 5 faiz, 2001-ci ilin göstəricisindən isə iki dəfə azdır. İtaliya, Yunanıstan və Maltada sığınacaq almaq istəyənlərin sayı 33 faiz azalıb, əvəzində Almaniya, İsveç və Danimarkadan sığınacaq almaq istəyənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Xarici dövlətlərdən sığınacaq istəyən vətəndaşlarının sayına görə ilk yeri Serbiya tutur. Ümumilikdə başqa ölkələrdən sığınacaq almaq üçün müraciət edənlərin 8 faizini Serbiya, 7 faizini Əfqanıstan, 6 faizini İraq, 6 faizini Çin, 5 faizini Rusiya, 4 faizini İran vətəndaşları təşkil edir. Sığınacaq almaq istəyən şəxslər üçün ən cəlbedici ölkələrə ABŞ, Fransa, Almaniya, İsveç və Kanadadır.






29 Mart, 2011  16:06 Baxılıb: 1347 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner