Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

600-dən yüksək bal toplayanlara ŞAD XƏBƏR

Bu şəxslər Türkiyənin Hərbi Tibb Akademiyasına daxil ola bilərlər

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xətti ilə 2014/2015-ci tədris ili üçün Türkiyə Respublikası Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə tələbə qəbulu elan edilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmmətindən Simsar.az-a verilən məlumata görə, müsabiqədə 2014-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqə əsasında 9 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göndəriləcək. Daxili Qoşunların Baş İdarəsində aparılacaq müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 3 nəfər namizəd Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində tam dövlət təminatındadırlar.

I kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Gülhanə Hərbi Tibb Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin olunacaqlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 16-dan 24-dək (şənbə və bazar günləri istisna olmaqla) TQDK-ya müraciət edə bilərlər.

 

Aysel Kərimova







16 İyul, 2014  09:01 Baxılıb: 1102 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner