Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

O Çingiz Məmmədov Müdafiə nazirinin müavini deyil

Evindən 12 milyon manat pul oğurlandığı deyilən nazir müavini əvəzinə Eldar Sabiroğlu danışdı

Bu dezinformasiyanın məqsədli şəkildə mətbuata ötürülməsi qənaətindəyik”. Bunu APA-nın sualına cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Eldar Sabiroğlu bildirib. “Bu uydurmanı quraşdıranların mətbuatdan faydalanmasına təəssüf edirik”, - deyə E. Sabiroğlu vurğulayıb.

E. Sabiroğlu deyib ki, məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət ediləcək və nəticə barədə ictimaiyyət məlumatlandırılacaq.

Qeyd edək ki, bir qədər əvvəl Bakıda iş adamının evindən 250 min manat oğurlayan şəxslərin həbs edilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən məlumat açıqlanıb. Məlumata görə, 2010-cu il sentyabrın 19-da Bakıxanov qəsəbə sakini Çingiz Məmmədovun evindən eyvandan keçmək yolu ilə içərisində 250 min manat və qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Şaiq Səttarov və Pərvin Məmmədov martın 16-da tutulublar. Evi qarət olunan Ç. Məmmədovun Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilib.

Bu gün isə bir sıra mətbuat orqanlarında həmin məlumatda sahibkar kimi təqdim olunan Çingiz Məmmədovun əslində müdafiə nazirinin müavini olduğu yazılıb. O da bildirilib ki, sözügedən qarət zamanı onun evindən 250 min manat deyil, 12 milyon manat dəyərində pul və qızıl-zinət əşyaları aparılıb.






29 Mart, 2011  15:21 Baxılıb: 2575 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner