Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

RUBRİKA: «Bir ayənin gündəmi» – Kafirlər öldürülməlidirmi?

Simsar.az yeni rubrikaya start verir. “BİR AYƏNİN GÜNDƏMİ”ndə “Qurani-Kərim”in müxtəlif ayələri günümüzün problemləri ilə qarşılaşdırılaraq gündəmə gətiriləcək. Yanlış anlamalar, həqiqətdən azmalar nəticəsində ümmətin bugünkü vəziyyətinin acınacaqlılığı gözlər önünə səriləcək.

HİCR: 3. “Onları (kafirləri) öz hallarına burax; yesinlər, müvəqqəti həzlərlə ovunsunlar, boş ümidlər başlarını qatsın. Tezliklə (həqiqəti) öyrənəcəklər”.

Bir ayə öncəsindən, yəni HİCR: 2-dən anlaşılır ki, burada onları deyə keçən kəlimə ilə kafirlər (inkarda israr edənlər) nəzərdə tutulur. Göründüyü kimi Allah bəzi dinDARların dediyi kimi kafirləri nəinki öldürməyimizi, əksinə onları öz hallarına buraxmağımızı istəyir. Qurandan ayəyə dəstək verən onlarla misal gətirmək olar. Ancaq ən məşhurlarından üçünü qeyd edək:

BƏQƏRƏ: 256. “Məcburiyyət (zorakılıq və heç bir növü) dində yoxdur! Artıq düz və səhv bir-birindən aydın fərqlənir”.

YUNUS: 99. “İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!”

MAİDƏ: 99. “Peyğəmbərin vəzifəsi ancaq təbliğdir”.

Əslində, bundan daha anlaşıqlı heç nə yoxdur. Çünki məcburiyyət olan yerdə seçim olmaz. Seçimin olmadığı bir yerdə isə mükəlləfiyyət olmaz. Yəni, bir insan seçmədiyi, öz müstəqil iradəsi ilə qərar vermədiyi bir hal üçün nəyə görə hesab verməlidir ki?! Bu ədalətsizliyin ən böyüyü olmazdımı?! Misal gətirilən ayələrdən də göründüyü kimi Quranı həyatına tətbiq edən peyğəmbərimiz (s.a.v.) yaşamı boyunca heç kimi imana zorlamayıb. Doğma əmisi belə iman etməmiş ölüb. Bu dönəmdə müsəlmanların Məkkədəki xristianlar və Mədinədəki yəhudi qəbilələrlə sülh içində münasibətləri sürüb.

Bəqərə, 191-də və bir neçə yerdə daha verilən “onları öldürün” izni, əvvəl və sonrakı ayələrdən də göründüyü kimi, müsəlmanlarla savaşanlara, onlara açıq təhdid edənlərə aiddir. İslam tarixinə baxsaq, bu ayələrdən öncə möminlərə savaş izni ümumiyyətlə verilməmişdi. Dinc dövr üçün isə heç bir yerdə “kafirləri (inkarda israr edənləri, həqiqəti örtənləri) öldürün” – deyə, bir əmr yoxdur!

Ayə günümüzdə də olduqca aktualdır. Çünki heç kimi imana zorlamayan peyğəmbərin, inancında balaca fərqliliklər var deyə, insanların başlarını kəsən “davamçıları” ortaya çıxıb. Özünü islamçı qruplar kimi qələmə verən əslində isə nəinki İslam, heç bir dinə və sağlam əqidəyə malik olmayanlar terrorla, Allah adına baş kəsməklə, bomba partlatmaqla guya dinə xidmət edirlər. Məsələnin dərinini araşdıranlar, onsuz da bunların kimlərin əlaltıları olduqlarını bilirlər və Yaxın Şərqdə, qan ağlayan bölgələrdə çevirdikləri planlardan xəbərdardırlar. Lakin sadə camaatın Qərbə işləyən satılmış media orqanları vasitəsi ilə qulaqları və beyni doldurulmuş vəziyyətdədir. Bu səbəbdən də çox adam məsələnin dərinini araşdırmağa həvəsli deyil və TV-dən eşidib-gördükləri ilə kifayətlənir. Və nəticədə İslamın bu iyrəncliklərə yol verdiyini düşünürlər... KİV-lər isə hadisələri ABŞ və Qərbin istədiyi kimi təqdim etməkdə davam edirlər.

Məsələn, maddi gəlirlər və qaynaqlar səbəbindən ABŞ hökumətinə qoşunlarını İraqdan hələ bir neçə il çıxarmamaq lazımdırsa, yəhudi maliyyə dəstəkli KİV-lər İraqda hələ də terrorçu qrupların at oynatdığı barədə məlumat yayırlar. ABŞ qoşunlarının bölgədən çıxmasının yaradacağı böyük “təhlükə”yə tam əminlik yaransın. Bunun üçün kamera çəkilişləri olan əraziləri tüstüyə vermək, süni gərginlik yaratmaqdan belə çəkinmirlər. Bölgədə olan digər müstəqil jurnalistlərin tam əksini görmələrini iddia etdiklərinə, əllərindəki sübutlara isə heç bir böyük media orqanı əhəmiyyət vermir. Və xəbərlər dünyaya ancaq eyni qollardan yayılır. Qərb mərkəzli və dəstəkli qollardan... Vəziyyətin “ciddi” olduğunu göstərmək üçün çox hallarda açıq yalanlara yer olmur. Onda bunun da çarəsi tapılır. Uşaqlıqdan tutulmuş və təlim görmüş fanatik beyinləri bomba bağlayaraq sünnilərin bayramı günü sünni məscidini, şiələrin müqəddəs gün saydıqları günlərdə isə şiə ziyarətgahlarını partlatmağa göndərməklə həqiqi gərginlik yaradılır. Ondan sonra bu cür qığılcımlar onsuz da etnik müxtəlifliklərin çox olduğu bu regionlarda qarışıqlığa və xaosa bəs edir... Ancaq o etnik müxtəlifliklər illər öncə buranın camaatının sabitlik və rifah içində yaşamasına mane olmurdu. Ta ki bölgədə qlobal güclərin marağı yaranana kimi... (ALLAHU ALEM / Allah hər şeyin ən doğrusunu bilir!)

Ümmətin İslamı gözəl şəkildə anlayıb bu fitnələrə (inanc üstünə basqılara) uymamaları ən böyük duamızdır...

QEYD: Quran mətnini tərcümə etmək (əslinə qalsa, mənalandırmaq) kimi böyük və məsuliyyətli iş, bu fəqirə düşməz. Yazıda ərəb, türk və yerli təfsirçilərin mənalandırmalarından istifadə olunub.

Aqşin İBRAHİMİ

 






15 İyul, 2014  14:39 Baxılıb: 2721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner