Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Oğurlanan 12 milyon manat kimindir

MÜDHİŞ OĞURLUQLA BAĞLI YENİ MƏLUMATLAR

Bu günlərdə “Azadlıq” qəzeti Bakıda Bakıxanov qəsəbəsində yerləşən dəbdəbəli villadan müdhiş oğurluqla bağlı xəbər yayıb. Xəbərdə qeyd olunur ki, DİN bu barədə yaydığı məlumatda oğurluq baş verən evin Çingiz Məmmədov adlı sahibkara məxsus olduğunu və oğurlanan məbləğin 250 min manat olduğunu göstərib. Lakin qəzetin iddiasına görə, məlum villanın real sahibi nazir müavinlərindən biridir və evdən aparılan seyfin içində 12 milyon manat dəyərində pul və qızıl-zinət əşyaları olub.

Bu müdhiş oğurluqla bağlı Qaynar.info-ya da maraqlı məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, oğurluğun baş verdiyi villanın sahibi Çingiz Məmmədov Milli Məclisin deputatı, “Kaspi-Yıldız” şirkəti və “Relax” İstirahət Mərkəzinin sahibi İqbal Məmmədov və Balakən rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovun qardaşıdır. Məlumatda o da deyilir ki, hazırda İqbal və Asif Məmmədovlara məxsus bütün biznes strukturlarını Çingiz Məmmədov idarə edir və onun belə böyük var-dövlət sahibi olması kifayət qədər təbiidir.

QayNar






29 Mart, 2011  14:50 Baxılıb: 2087 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner