Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Erməni Türkiyənin Fransadakı səfiri olacaq

Əhməd Davudoğlu: "Ermənistan isə potensial dostumuzdur"

“Bütün qonşularımız dostlarımızdır, Ermənistan isə potensial dostumuzdur”. Simsar.az -ın məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib.

Britaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Wilton Park”da “Müasir dünyada Türkiyənin siyasəti” mövzusunda çıxış edən Əhməd Davudoğlu daha bir sensasion bəyanatla çıxış edib. XİN başçısı bildirib ki, Türkiyə yaxın aylar ərzində Fransaya milliyətcə erməni olan səfir göndərəcək. Onun sözlərinə görə, Fransaya səfir təyin ediləcək şəxs erməni əsilli türk alimi, dünyanın məşhur iqtisadçılarından Daron Əcəmoğludur. Artıq yeni səfirin namizədliyi baş nazir Ərdoğan və prezident Abdullah Güllə razılaşdırılıb. Yeni səfirin nazirlikdən 3 ay müddət istəməsinə səbəb isə iqtisadiyyata dair yeni araşdırmasını başa çatdırmamasıdır.

Xatırladaq ki, Fransaya səfir göndəriləcək erməni əsilli Daron Əcəmoğlu 1967-ci ildə İstanbulda müəllim ailəsində anadan olub. İngiltərənin York Universitetində və London İqtisadiyyat Məktəbində təhsil alıb. Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat kafedrasının müdiridir. Daron Əcəmoğlu iqtisadiyyat sahəsində araşdırmalara görə iki dəfə Nobel mükafatına namizəd olsa da, bu mükafatı qazana bilməyib.






29 Mart, 2011  14:35 Baxılıb: 1329 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner