Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Mənsum İbrahimov Hollandiyada

Aprelin 1-dən 5-ə kimi əvvəl Belçika, sonra Hollandiyada konsert proqramları ilə çıxış edəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, “Şöhrət” ordenli Mənsum İbrahimov növbəti qastrol səfərinə hazırlaşır. Məşhur xanəndə aprelin 1-dən 5-ə kimi əvvəl Belçika, sonra Hollandiyada konsert proqramları ilə çıxış edəcək.

Səfər barədə Lent.az-a danışan Mənsum İbrahimov bildirib ki, ilk konserti aprelin 1-də Belçikanın Antverpen şəhərində olacaq. Növbəti üç konsert isə Hollandiya baş tutacaq - aprelin 2-də Utrex, 3-ü və 4-də isə Amsterdam şəhərində: “Konsertlərin təşkilatçısı Hollandiyanın məşhur Troppen teatrıdır. Bu dəvət 8 ay əvvəl gəlmişdi. Onlar məni internet vasitəsilə görüblər, səsimi, sənətimi bəyəniblər. Nəhayət, Mədəniyyət və Turizm Nazirliyi vasitəsilə tapa biliblər. Mən də bu dəvəti məmnuniyyətlə qəbul etdim. Təşkilatçılar tərəfindən konsertə çox ciddi hazırlıq gedir. İnternet saytlarda məlumatlar, elanlar, afişalar, konsertlərin vaxtı və yeri yerləşdirilib. Onu da deyim ki, hər konsertdən öncə mənim haqqımda çəkilən 30 dəqiqəlik film nümayiş olunacaq. Fasilədən sonra isə konsert proqramı başlayacaq”.

Mənsum İbrahimov qeyd edib ki, konsertlərdə “Qarabağ” triosu adı altında çıxış edəcəklər: “Mən, əməkdar artistlər tarzən Elçin Həmidov, kaman ifaçısı Elnur Əhmədov üçlük yaratmışıq, adını da “Qarabağ” qoymuşuq. “Qarabağ” triosu olaraq hər üçümüz işğalda olan Ağdam, Füzuli və Zəngilan rayonlarındanıq. Artıq bir ildir, hansı ölkəyə səfər getsək, bu üçlüyün adını xüsusi vurğulayırıq. Bu konsertlərdə də eləcə. Hətta afişalarda da bu ad qeyd olunub. konsertlərin dördündə də məni Elçin və Elnurla yanaşı, balabanda Nizami Allahverdiyev, nağarada Kamran Kərimov müşayiət edəcək. Ümid edirik ki, səfərimiz uğurla keçəcək”.

Xalq artisti onu da deyib ki, aprelin 4-də Azərbaycanın Hollandiyadakı səfirliyinin təşkilatçılığı ilə görüş də keçiriləcək. Görüşdə musiqiçilərimiz diplomatik korpusun nümayəndələri və azərbaycanlılar qarşısında xüsusi konsert proqramı nümayiş etdirəcəklər.

Sənətçilərimiz aprelin 6-da Vətənə geri dönəcəklər.






29 Mart, 2011  00:43 Baxılıb: 1688 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner