Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Smartfonların tədarükü 2 milyardı ötəcək

Dünyada smartfonların satışı tədricən zəifləsə də, “ABI Research” analitiklərinin qənaətinə görə, yaxın illərdə bu bazarda müsbət dinamika saxlanılacaq.

Simsar.az xəbər verir ki, ekspertlərin proqnozuna görə, cari ildə smarfonların qlobal tədarükü 1,25 milyon qurğuya çatacaq, daha dörd ildən sonra 2 milyardlıq səviyyəni ötəcək. Ümumilikdə bazarın nəzərdən keçirilən dövrdə (2014-2019-cu illər) həcmi ildə təxminən 12 faiz artacaq.

Rəqəmləri şərh edən “ABI Research” analitiki Nik Spenser qeyd edib ki, artım tempinin zəifləməsinə baxmayaraq smartfonlar bazarı genişlənmə imkanına malikdir, çünki dünyada mobil abunəçilər arasında smartfon sahiblərinin payı hələ ki 30 faizə çatmayıb.

Mütəxəssislərin sözlərinə görə, inkişaf etmiş bazarlarda bu nisbətin yüksək olması və 60 faiz təşkil etməsi səbəbindən gələcəkdə smartfonlar inkişaf etməkdə olan bazarlara daha fəal yayılacaq, onların orta satış qiyməti isə ucuzlaşacaq.

Analitiklərin fikrincə, dünya smartfonlar bazarında əsas hərəkətverici qüvvə Çin və Hindistan istehsalçıları (Xiaomi, Huawei, ZTE, Micromax, Karbonn, Lava və s.) olacaq. Bu istehsalçılar Afrika, Asiya, Yaxın Şərq və Cənubi Amerika ölkələri üçün nəzərdə tutulan “Android” əməliyyat sistemli ucuz qurğularda ixtisaslaşıb.

Vüsal Qarayev







10 İyul, 2014  15:22 Baxılıb: 1003 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner