Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Ruhi Əliyevanı kim məyus etdi? - FOTOSESSİYA

Ölkənin ən dəbli bəy və xanımı seçildi

Dünən ATV telekanalında yayımlanan “Özünə bax-3” dəb yarışmasının final gecəsi baş tutub. Bəylər və xanımlar arasında aparılan yarışmanın qalibləri  bəlli olub. Sms səs verməsi vasitəsi ilə xanımlar arasında birinci yerin qalibi Təranə Rzayeva bəylər arasında isə Fəxri Qasımov seçilib. Qalib bəyə avtomobil xanıma isə brilliant dəst təqdim edilib.

Yarışmanın siması Ruhi Əliyeva Simsar.az-a açıqlamasında gecə haqda fikirlərini bildirib. Onun sözlərinə görə, final gecəsi bənzərsiz keçib: “Çox fərqli final baş tutdu. Hətta gözlədiyimdən daha gözəl oldu. Təəssüratlarımı sözlə ifadə etmək çətindir. Gecənin təşkilatçılığı qüsursuz idi. Ən xırda detallar biri birini tamamlayırdı. Bir sözlə möhtəşəm! Deyilənə görə, mən də gözəl görünürdüm. Özüm də etiraf etmək istəyirəm ki, görünüşümü çox bəyəndim”.

Ruhi ümumilikdə gecənin axınından razı qalsa da, qaliblər onu qane etmədi: “Bu günə qədər favoritlərim var idi. Xanımlardan Aynur Şeydayeva, Banu Süçayi və Lətifə  Məmmədova birinciliyə layiq idi. Onlardan birinin seçilməməsi məni üzdü.  Bəylərdən nisbətən daha razı qaldım. Amma məni məyus edən iştirakçı da oldu. Bu günə qədər ən çox bəyəndiyim Salman Məmmədov məhz final gecəsi məni şoka saldı. O, bizim qarşımıza şortda çıxdı. Anlayıram, glamur tərzd, dəblidir, gənclərə yaraşan geyimdir, amma final gecəsi olmamalı idi. Salmanı qarşımda şortda görəndə çox məyus oldum. Özünə də dedim. Etiraf etdi ki, anasının istəyi ilə geyinib. O, çox zövqlüdür. Amma bir az artıq çəkisi var. Dünən geyindiyi də çəkisinə uyğun deyildi”.

Hər zaman diqqət göstərməyi üstün tutan Ruhi Əliyeva bu dəfə də ənənəsinə sadiq qaldı və ən çox bəyəndiyi xanım iştirakçısına bahalı zinət əşyası bağışladı: “Aynuru hər zaman çox dəstəkləmişəm. Elə buna görə hər ehtimala qarşı öncədən onun üçün hədiyyə hazırladım. Aynur buna layiq xanımdır”.

Rüfət Ağayev və Nərgiz Vahabqızının aparıcı olduğu gecədə münsiflər heyətində Ruhi ilə yanaşı modelyer Afa İsmayılzadə və Mehmed Özəl idi: “Bütün əziyyəti olanlara xüsusi təşəkkür edirəm. Ancaq artıq 3-cü mövsümdür ki, mənimlə çiyin-çiyinə çalışan stilist Elnur Həsənova çox əziyyət çəkdi. Ona sonsuz  minnətdarlıq hissim var”.

Onu da qeyd edək ki, qala gecədə modelyer Afa İsmayılzadənin defilesi də keçirildi. O, yeni gəlinlik libaslarını nümayiş etdirdi.

Gələcək planları haqda danışan biznes-ledi tamaşaçılarına xoş xəbər də verdi. Detallarını açıqlamayan Ruhi yeni mövsümdən çox fərqli layihə ilə tamaşaçıların qarşısına çıxacağını açıqladı.

























10 İyul, 2014  14:33 Baxılıb: 3644 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner