Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ziyalılar Dağlıq Qarabağa gedəcək

Yeni heyətə Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Oleq Esayan rəhbərlik edəcək

Ermənidilli “Armenia dayli” portalı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan ziyalılarının Dağlıq Qarabağa yeni bir səfərinin hazırlandığı barədə məlumat yayıb. Simsar.az  istinadən bildirir ki, məlumatda bu təmasların “xalq diplomatiyası” çərçivəsində həyata keçiriləcəyi nəzərdə tutulur. 

Yeni heyətə Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu və Oleq Esayan rəhbərlik edəcək. Hələlik hər iki tərəfdən Dağlıq Qarabağa gedəcək nümayəndə heyətinin tərkibinə kimlərin daxil olması açıqlanmır.

Qeyd edək ki, bir ay öncə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında Ermənistanla “xalq diplomatiyası”na dair yeni təşəbbüslərin ola biləcəyini demişdi. Səfir vurğulamışdı ki, bu istiqamətdə səylər davam edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmtinin rəhbəri Elxan Poluxov Modern.az-a açıqlamasında bildirib ki, onlarda bu səfərin hazırılığı ilə bağlı konkret məlumat yoxdur.

“XİN-də erməni və Azərbaycan ziyalılarının Dağlıq Qarabağ səfəri ilə bağlı konkret məlumat yoxdur. Bizə belə bir məlumat daxil olmayıb”-deyən mətbuat katibi səfir Polad Bülbüloğlu ilə əlaqə saxlamağı məsləhət görüb. Polad Bülbübüloğlunun telefonuna isə zəng çatmadığıdından informasiyanı dəqiqləşdirmək imkanı olmadı.

Qeyd edək ki, 2007-ci ilin yayında P.Bülbüloğlunun və onun Moskvadakı erməni həmkarının rəhbərliyi ilə Azərbaycan və Ermənistan ziyalılarının bir qrupu Qarabağa və hər iki ölkənin paytaxtına səfər etmiş, görüşlər keçirmişdilər. İki il sonra analoji səfər növbəti dəfə həyata keçirildi. Bu dəfə situasiyanın fərqli olması səbəbindən səfirin açıqlaması mübahisələrə səbəb olub. Çünki P.Bülbüloğlunun son açıqlaması Azərbaycan hakimiyyətinin müharibəyə hazırlaşdığı barədə məlumatların yayıldığı dövrə təsadüf edir.






28 Mart, 2011  19:17 Baxılıb: 1349 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner