Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İnformasiya ötürülməsi üzrə dünya rekordu təzələndi

Telekommunikasiya nəhəngi “Alcatel-Lucent” şirkətinin “Bell Labs R&D” elmi tədqiqat bölməsi mis telefon kabellə informasiyanın ötürülməsi üzrə dünya rekordunu yeniləyib.

Simsar.az xəbər verir ki, gələcək “G.fast” (ITU G.9700) standartının genişlənməsi hesab olunan “XG-FAST” texnologiyasının köməyi ilə laboratoriya şəraitində məlumatların ötürülmə sürətini maksimal məsafəni 70 metr saxlamaqla 1,25 Qbit/saniyədən 2 Qbit/saniyəyədək (hər bir tərəfə 1 Qbit/saniyə) artırmaq mümkün olub.

Bundan başqa, iki cüt naqildən istifadə edən “XG-FAST” 30 metr məsafədə 10 Qbit/saniyə sürətini nümayiş etdirib.

Məsafənin kiçik olması çatışmazlıq deyil. Nəzərdə tutulur ki, “G.fast” bilavasitə abunəçilərin evinə çəkilməsinə ehtiyac olmayan optik-lif rabitə kanallarını tamamlayacaq. Belə ki, optik-lif xəttini binanın giriş hissəsinə çəkərək sonradan trafiki mövcud mis infrastruktur ilə paylamaq kifayət edir.

Qeyd edək ki, hazırda “G.fast” standartının real şəraitdə hətta köhnə versiyalarından istifadə olunmur. “G.9700” standartının 2016-cı ildə təsdiqlənməsi planlaşdırılır.

Vüsal Qarayev







10 İyul, 2014  11:07 Baxılıb: 1095 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner