Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Təhsil Nazirliyinin əməkdaşlarını bağçaya buraxmadılar

"Bağçanın qanunsuz fəaliyyətindən Vergilər Nazirliyinə müraciət etmişik"

Təhsil Nazirliyi Bakı şəhərində qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkarlayıb.

Bu barədə APA-ya nazirliyin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib.

Onun sözlərinə görə, adsız fəaliyyət göstərən bu bağça ilə bağlı müvafiq tədbirin görülməsi üçün artıq Vergilər Nazirliyinə məlumat verilib.

H. Zərbəliyev qanunsuz işlədiyi üçün bu bağçanın fəaliyyətinin dayandırılmalı olduğunu da söyləyib. Nazirlik rəsmisinin sözlərinə görə, Təhsil Nazirliyi bu bağçaya kiçik yaşlıların hansı səviyyədə cəlbi ilə bağlı məlumat toplaya bilməyib: “Biz o bağçaya gedəndə qapını açmadılar. Amma biz Vergilər Nazirliyinə müraciət etmişik. Yəqin ki, yaxın günlərdə Vergilər Nazirliyindən müraciətimizə cavab gələcək”.

Qeyd edək ki, ötən il Azərbaycanda 9 uşaq bağçasına lisenziya verilib.






28 Mart, 2011  16:09 Baxılıb: 2492 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner