Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Dilmanc” yeniləndi

Mobil telefonlarda şifahi nitqi tərcümə edən “Dilmanc” tərcümə proqramının dəqiqliyi artırılıb.

“Dilmanc” qrupundan Simsar.az-a verilən məlumata görə mobil telefonlarda şifahi nitqi və mətnləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən “Dilmanc Translator” tərcümə proqramının yeni versiyası istifadəyə verilib. Tərtibatçıların sözlərinə görə, bu versiyada əsas yenilik Azərbaycan dili üçün nitqin tanınması (şifahi nitqin yazıya çevrilməsi) sisteminin keyfiyyətinin artırılması və bəzi mobil telefonlarda tanımanın işləməsi ilə bağlı çətinliklərin aradan qaldırılmasıdır.

Qeyd edək ki, “Dilmanc Translator” proqramı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəklədiyi “Dilmanc” layihəsi çərçivəsində hazırlanır və tamamilə ödənişsiz yayılır. İstifadəyə verildiyi 6 ay ərzində istifadəçilər arasında böyük populyarlıq qazanaraq 70 min dəfəyə yaxın köçürülüb. Proqram hələlik yalnız “Android” platformasında işləyir. Layihə rəhbəri Əbülfət Fətullayev proqramın “iOS” və “Windows Phone” üçün hazırlanması, həmçinin yeni tərcümə istiqamətlərinin əlavə edilməsi üzərində işlərin getdiyini bildirib.

Vüsal Qarayev







7 İyul, 2014  12:44 Baxılıb: 1167 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner