Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycandakı domenlərin sayı açıqlandı

Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artmaqda davam edir.

Simsar.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla verdiyi məlumata görə, hazırda milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22750-ə çatıb.

İlin əvvəlindən bu günədək 4386 domen qeydiyyatdan keçirilib, 2431 domen isə ləğv edilib, beləliklə, bu ilin əvvəlindən qeydə alınan milli domen adlarının xalis artımı 1955 domen təşkil edib. İlin əvvəlinə nisbətən ölkədə qeydiyyata alınan domen adlarının sayı 12%-dən çox olub.

Hazırda Azərbaycanda 21219 “*.az”, 927 “*.com.az”, 177 “*.edu.az”, 123 “*.org.az”, 74 “*.net.az”, 67 “*.co.az”, 42 “*.int.az”, 52 “*.info.az”, 37“*.pp.az”, 18 “*.biz.az”, 8 “*.name.az”, 1 “*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Coğrafi adlardan ibarət 4 domen adı qeydə alınıb “GENCE.AZ”, “SHEKI.AZ”, “GANJA.AZ”, “IMISHLI.AZ.”

Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 domen adı olub. Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib. Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb, bu il isə domen sayının 40% artımı proqnozlaşdırılır.






7 İyul, 2014  11:32 Baxılıb: 1029 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner