Elmar Məmmədyarov matın 27-29-da Meksika Birləşmiş Ştatlarında rəsmi səfərdə olacaq
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov matın 27-29-da Meksika Birləşmiş Ştatlarında rəsmi səfərdə olacaq.
Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, səfər zamanı nazir E.Məmmədyarovun Meksika Birləşmiş Ştatlarının xarici işlər naziri xanım Patrisiya Espinoza, Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşü gözlənilir.
E.Məmmədyarovun Meksika Diplomatik Akademiyası tərəfindən təşkil olunan “Azerbaijan’s Foreign Policy: Challenges and Prirorities” (Azərbaycanın xarici siyasətini: çağırışlar və prioritetlər) mövzusunda elmi konfransda iştirakı və yerli mətbuat nümayəndələri ilə görüşü də planlaşdırılıb.