Ermənilərin cəbhənin Tərtər istiqamətində atəşkəsi pozması nəticəsində daha bir Azərbaycan hərbçisi həlak olub
APA-nın Qarabağ bürosunun xəbərinə görə, düşmən gülləsinə tuş gələn hərbi qulluqçu Elnur Mübariz oğlu Məmmədovdur. Snayperdən açılan atəş E. Məmmədovun başına dəyib. 1991-ci ildə Füzuli rayonunda anadan olan əsgərin həqiqi hərbi xidmətini başa vurmasına cəmi üç ay qalıbmış. Şəhid ailəsinə təhvil verilib və o, torpağa tapşırılıb.