Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Metrodan istifadə edənlərin sayı azalır

Gedişhaqqının 15 qəpiyə qaldırılması ilə başlanan bu tendensiya indi də davam edir

2009-cu il oktyabrın 1-də Bakı metrosunda gedişhaqqının 5 qəpikdən 15 qəpiyə qaldırılmasından sonra bu nəqliyyat növündən istifadə edənlərin sayı azalıb. Simsar.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bildirir ki, bu ilin yanvar-fevral aylarında Bakı metrosu ilə 28,3 milyon sərnişin daşınıb. Bu isə ötən ilin analoji dövrünə nisbətən 2,3 faiz azdır. Bu ilin fevral ayı ərzində Bakı Metropoliteninin xidmətindən yararlanan sərnişinlərin sayı 13,4 milyon nəfər olub. Bu göstərici də öz növbəsində yanvar ayı ilə müqayisədə 10,1 faiz azalma deməkdir.


Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Tarif Şurasının 2009-cu ildə verdiyi məlum qərara qədər Bakı Metropolitenin sərnişinlərinin sayı ildən-ilə artıb. Belə ki, 2000-ci ildə metro ilə daşınan sərnişinlərin sayı 117 milyon 364 min nəfər olduğu halda sonrakı ildə bu rəqəm 119 milyon 341 minə çatıb.


Maraqlıdır ki, 2002-ci ildə metrodan istifadə edən sərnişinlərin sayı kəskin azalıb və həmin il bu nəqliyyat vasitəsindən 115 milyon 639 min sərnişin istifadə edib. Bu isə 2001-ci illə müqayisədə təxminən 4 milyon az sərnişin deməkdir. Bununla belə, sonrakı ildə Bakı metrosuna sərnişin axını yenidən bərpa olunub və 2003-cü ildə metro ilə 127 milyon 52 min sərnişin daşınıb. Bundan sonra Bakı Metropolitenində sərnişin artımı tendensiyası təxminən eyni templə 2009-cu ilin payızına qədər davam edib və həmin il bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayı 206 milyon 140 min nəfərə çatıb.


Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var.






24 Mart, 2011  17:26 Baxılıb: 1306 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner