Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“5G” şəbəkəsi sınaqdan keçirildi

2020-ci ildə kommersiya istifadəsinə başlanacaq “5G” şəbəkəsinin buraxılış qabiliyyəti “3G” ilə müqayisədə min dəfə çox olacaq və enerji sərfiyyatını 10 dəfə azaldacaq

Simsar.az xəbər verir ki, İsveçin “Ericsson” şirkəti laboratoriya şəraitində “5G” şəbəkəsinin versiyasını nümayiş etdirib. Sınaq zamanı tədqiqatçılar 5 Qbit/saniyə sürətində məlumatların simsiz ötürülməsinə nail olublar.

Nümayiş zamanı yeni radiointerfeys və “Ericsson”un “5G” sınaqları üçün xüsusi olaraq layihələşdirilən yeni radiotezlikli və radiomodullu baza (Base Band Unit и Radio Unit) stansiyalarından istifadə olunub. Şirkətin məlumatına görə, məlumatların ötürülməsi 15 QHs diapazonunda aparılıb.

Maraqlıdır ki, “Ericsson”un “5G” şəbəkəsinin nümayişində artıq öz “5G” şəbəkəsinin sınaqlarını keçirmiş Yaponiyanın “NTT Docomo” operatorunun və Cənubi Koreyanın “SK Telecom” şirkətinin nümayəndələri iştirak edib.

Belə ki, 2013-cü ilin fevralında Yaponiyanın aparıcı mobil operatoru “NTT DoCoMo” şirkəti və Tokio Texnologiya İnstitutu 10 Gbit/s sürətində məlumatların simsiz ötürülməsi üzrə sahənin ilk uğurlu sınağını həyata keçiriblər.

Sınağın keçirilməsi üçün mühəndislər 11 QHs tezlik diapazonunda 400 meqahers dalğasından istifadə ediblər. Məlumatlar saatda 9 km/saat sürəti ilə hərəkət edən avtomobildən ötürülüb. Göstərilən sürət məlumatları bir neçə axına bölən “Multiple Input Multiple Output” (MIMO) texnologiyasının köməyi ilə əldə edilib. Məlumatların ötürülməsi üçün eyni zamanda 8, qəbulu üçün 16 antenadan istifadə olunub. “Ericsson”un məlumatına görə, onun keçirdiyi sınaqlarda təkmilləşdirilmiş “MIMO” texnologiyasından istifadə olunub.

“Samsung Electronics” şirkəti də “5G” şəbəkəsini qurur. Belə ki, 2013-cü ilin mayında şirkət 28 QHs tezlik diapazonunda məlumatları 1 Qbit/saniyə sürətində ötürüb. Məlumatların ötürülməsində 64 elementdən ibarət antenalardan istifadə olunub.

Cənubi Koreyada “5G”-nin inkişafına dövlət böyük diqqət yetirir. 2014-cü ilin yanvarında ölkənin Təhsil, Elm və Texnika Nazirliyi məlumatları dördüncü nəsil şəbəkələri (4G) ilə müqayisədə min dəfə daha sürətli ötürməyə imkan verəcək “5G” rabitə texnologiyasının hazırlanmasına 1,6 trilyon von (1,5 milyard dollar) yatırmaq niyyətində olduğunu bəyan edib.

İsveç şirkətinin “Ericsson Mobility Report” hesabatına əsasən, məhz Yaponiya və Cənubi Koreya sürətli “LTE” qoşulmalarının sayına görə liderdir. Yaponiyada bu göstərici 30 faizi, Cənubi Koreyada 50 faizi ötür.

Gözlənildiyinə görə, 2019-cu ildə Şimali Amerikada mobil qoşulmaların təxminən 85 faizi “LTE” şəbəkələri vasitəsilə həyata keçiriləcək.

Hazırda “5G” standartı beynəlxalq standartlaşdırma təşkilatları tərəfindən təsdiq olunmayıb. Lakin “IDC” analitik şirkətinin simsiz rabitə şəbəkəsi tədqiqatları xidmətinin rəhbəri Sataya Atreyamın fikrincə, “Ericsson”un təqdim etdiyi həllər şirkətin artıq bu sahədə texnoloji lider olmasını sübut edir.

Qeyd edək ki, “5G” şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanacaq. Bu şəbəkənin buraxılış qabiliyyəti “3G” ilə müqayisədə min dəfə çox olmaqla enerji sərfiyyatını 10 dəfə azaldacaq, - “CNews” yazır.

Vüsal Qarayev







3 İyul, 2014  10:41 Baxılıb: 922 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner