Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

NATO Liviyaya embarqo qoyulmasına dair razılığa gəlib

NATO gəmiləri və təyyarələri Liviyaya silah daşınmasına nəzarət edəcək

Şimali Atlantika Alyansına daxil olan ölkələr martın 22-də Liviyanın silahla təchizatına embarqo qoyulmasına dair razılaşma əldə edib. APA-nın məlumatına görə, bu barədə NATO baş katibi Anders Foq Rasmussen bildirib.

NATO gəmiləri və təyyarələri Liviyaya silah daşınmasına nəzarət edəcək, lazım gəldikdə belə cəhdlərin qarşısını alacaq.

Silah təchizatına qadağanı beynəlxalq təşkilatlar hələ fevralın sonunda tətbiq ütməyə başlayıb. Buna səbəb Müəmmar Qəddafi rejiminin müxalifətin çıxışlarını amansızcasına yatırması olub. Sonradan bu toqquşmalar vətəndaş müharibəsinə çevrilib.

Rasmussen bildirib ki, NATO-nun növbəti hədəfi – Liviyanın hava məkanının uçuşsuz zonaya çevrilməsinin təmin olunması yerinə yetirilmiş sayılır. Baş katib NATO qüvvələrinin sonradan regionda humanitar missiyalarda iştirakını da istisna etməyib.

Rasmussenin bəyanatında o da bildirilir ki, müttəfiqlər NATO-nun Liviya üzərinə keçirilən “Şəfəq yolçuluğu” əməliyyatına rəhbərlik edib-etməməsi məsələsini də müzakirə edirlər.

Qeyd edək ki, hazırda bu əməliyyatı Böyük Britaniya, Fransa və ABŞ hərbi-hava qüvvələri həyata keçirir. Əməliyyata BMT Təhlükəsizlik Şurasının martın 17-də qəbul etdiyi qətnamədən sonra - martın 19-da başlanılıb. Qətnamə beynəlxalq ictimaiyyətə Liviyanın dinc əhalisini qorumaq üçün istənilən addımları atmağa imkan verir. Lakin qətnamədə yerüstü müdaxilələr istisna olunur.






23 Mart, 2011  03:02 Baxılıb: 1233 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner