Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Beynəlxalq Muğam Müsabiqəsinin qalibləri məlum olub

“Muğam aləmi” II Beynəlxalq muğam festivalı  başa çatıb

APA-nın məlumatına görə, beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin üzvləri - Azərbaycanın xalq artistləri Arif Babayev, Ramiz Zöhrabov, YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq, türkiyəli musiqişünas, bəstəkar Ozan Yarman, amerikalı alim Uilyam Samts və iranlı bəstəkar, musiqişünas Ehsan Xezrlou olduqca gərgin keçən yarışmanı ədalətli qiymətləndiriblər. Beynəlxalq muğam müsabiqəsinin “Qran-pri” mükafatına layiqli namizəd olmadığından 1-ci yer iki ifaçıya təqdim edilib. Azərbaycanlı xanəndə Ehtiram Hüseynov və İranın-Tehran “Sepehr” ansamblı birinci yerə layiq görülüb. Onlara fəxri fərman, 15 min avro pul mükafatı və festivalın emblemi təqdim edilib. 

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə Çin Xalq Respublikasının Urumçi şəhərindən olan musiqi qrupu ikinci yeri tutub, fəxri fərman, 10 min avro və müsabiqənin emblemi ilə mükafatlandırılıb. Üçüncü yerlərə isə Mərakeşin “Makam” və İordaniyanın “Şərq-bənd” ansamblları layiq görülüb. Onlara da fəxri fərman, müvafiq olaraq 5 min avro pul mükafatı və müsabiqənin emblemi təqdim olunub.

Müsabiqədə müxtəlif nominasiyalar üzrə fərqlənmiş musiqiçilər də mükafatlandırılıblar. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin “Qarabağ şikəstəsi”nin ən yaxşı ifaçısı nominasiyası üzrə mükafatı türkiyəli müğənni Yeşim Köksala, Milli Konservatoriyanın xüsusi mükafatı isə özbəkistanlı Camaləddin Avazovun ailə qrupuna təqdim edilib.

Müsabiqəyə Azərbaycan, Türkiyə, Özbəkistan, Çin, Hindistan, İordaniya, İran, Küveyt və Mərakeşdən olan ifaçılar qatılıblar. Azərbaycan yarışmada beş ifaçı ilə təmsil olunub.






23 Mart, 2011  02:42 Baxılıb: 1809 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner