Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Yaponiyada ölənlərin sayı 9 min nəfəri ötüb

İtgin düşənlərin siyahısı isə 12,645 min nəfərədək azalıb

Son məlumatlara görə, Yaponiyada baş verən dağıdıcı zəlzələdən sonra ölənlərin sayı 9 min nəfəri ötüb. Simsar.az -ın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş Polis İdarəsi məlumat yayıb.

Bunadək 8,649 nəfər ölən və 13, 261 itgin düşən barədə informasiya var idi. İdarənin məlumatına görə, 9,079 min nəfərin meyiti tapılıb. Bununla yanaşı itgin düşənlərin siyahısı 12,645 min nəfərədək azalıb.

Bu halda, Yaponiyada ölən və itgin düşənlərin ümumi sayı təqribən 22 min nəfər təşkil edib. Statistikaya görə, 2,644 nəfər təbii fəlakət nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb.
Polisin ehtimalına görə, ölənlərin yekun sayı 18 min nəfəri ötə bilər. Bununla yanaşı təbii fəlakətdən daha çox zərər çəkən Miyaqi prefekturasında ölənlərin 15 mindən artıq olacağı gözlənilir.

Xatırladaq ki, martın 11-də Yaponiyada Rixter cədvəli ilə 9 bal gücündə dağıdıcı zəlzələ baş verib. Yeraltı təkanlar 10 metr hündürlüyündə sunami yaradıb. Zəlzələdən sonra Yaponiyanın “Fukusima-1” və “Fukusima-2” atom elektrik stansiyalarında (AES) soyuducu sistemin sıradan çıxması səbəbindən fövqəladə vəziyyət tətbiq edilib. “Fukusima-1”in bir, iki və üçüncü reaktorlarında üç partlayış baş verib, həmçinin döndüncü enerji blokunda yanğın qeydə alınıb.
AES-də radiasiya sızması qeydə alındığından, hakimiyyət 20 kilometrlikdə yaşayan əhalini təxliyyə etmək məcburiyyətində qalıb.






22 Mart, 2011  23:44 Baxılıb: 1312 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner