Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Saytlar niyə gec yüklənir?

Saytların optimallaşdırılması xidmətində ixtisaslaşan “Radware” şirkətinin “State of the Union Report Spring 2014” hesabatına əsasən, dünyanın 500 ən populyar internet mağazası (“Alexa” reytinq sisteminə görə) üçün mediana üzrə internet səhifə başlığının orta yüklənmə sürəti 10 saniyə təşkil edir ki, bu da 2012-ci ilin göstəricisindən 47 faiz aşağıdır. 2012-ci ildə veb-səhifələr təxminən 6,8 saniyəyə yüklənib.

Qeyd olunan seçimdə yer alan internet səhifəsinin orta həcmi 1510 kilobayta bərabərdir və 99 resursa istinad edir. Simsar.az xəbər verir ki, tədqiqatçılar tam yüklənmə vaxtı ilə yanaşı, “TTI” (time to interact) göstəricisini (interfeysin istifadəçinin hərəkətlərinə reaksiya verməyə başlaması vaxtı) də ölçüblər. Bu göstərici istifadəçilər üçün səhifənin tam yüklənilməsindən daha əhəmiyyətlidir.

Orta “TTI” 5,4 saniyəyə bərabərdir ki, bu da çox yüksək sürətdir. Ekspertlər hesab edirlər ki, auditoriyanın çox hissəsi səhifə üç saniyə ərzində yüklənməyəndə, saytı tərk edir. 100 internet mağazadan yalnız 12-də bu göstərici qeydə alınıb.

Maraqlıdır ki, Top-100-də yer alan saytların səhifənin ölçüsünə görə göstəriciləri Top-500-ə daxil olan saytların göstəricisindən aşağıdır. Onlarda mediana üzrə orta sürət 10,7 saniyə təşkil edir. Doqquz saytın “TTI” göstəricisi isə hətta 10 saniyəni ötür.

Bundan başqa, “CDN”-dən (kontentin çatdırılması şəbəkəsi) istifadə vəziyyəti yalnız pisləşdirir. Belə ki, “CDN” abunəçilərinin orta “TTI” göstəricisi 5,7 saniyə olduğu halda “CDN”-dən istifadə etməyən saytlarda bu göstərici 4,7 saniyəyə bərabərdir.

Saytların gec yüklənməsinin əsas səbəblərindən biri təsvirin əlverişsiz şəkildə sıxılmasıdır. İnternet saytlarının üçdə bir hissəsindən çoxu əlverişsiz təsvirlərdən yararlanır, 76 faizi “JPEG” qrafik formatının üstünlüklərindən istifadə etmir

Vüsal Qarayev







1 İyul, 2014  12:37 Baxılıb: 1135 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner