Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfəri başlayıb
Azərbaycan XİN-in mətbuat xidmətidən APA-ya verilən məlumata görə, səfər zamanı nazir Məmmədyarovun Birləşmiş Ərəb Əmirliklərinin XİN başçısı Şeyx Abdullah bin Zayid əl-Nahyan, ticarət naziri Şeyx Lyubna əl-Qasımi, Vəliəhd, ordu komandanın müavini Şeyx Məhəmməd bin Zayid əl-Nahyan ilə görüşləri planlaşdırılıb.
Görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər, iqtisadi, siyasi, humanitar, mədəni əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional və qlobal məsələlər müzakirə mövzusu olacaq.
Səfər martın 22-də başa çatacaq.