Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Kosmosda rentgen teleskopu

Avropa bəşəriyyət tarixində nəhəng rentgen teleskopunun yaradılmasına yönələn layihəyə başlayıb. Belə ki, uzunluğu 12 m, çəkisi 5 ton təşkil edən “Athena” kosmik aparatının 2028-ci ildə orbitə buraxılması planlaşdırılır.

Simsar.az xəbər verir ki, layihə Avropa Kosmik Agentliyinin (ESA) Elmi proqramlar komitəsi tərəfindən Tuluzada (Fransa) keçirilən görüşündə təsdiq olunub. Layihənin həyata keçirilməsi 1 milyard dollar dəyərində qiymətləndirilir.

Kosmosa nəhəng rentgen aparatın buraxılması üzrə layihəyə son qərarın komitənin 2019-cu ildə keçiriləcək növbəti iclasında veriləcəyi gözlənilir. “Athena” daha uzun dalğalarda müşahidələr aparan “Square Kilometre Array” və “European Extremely Large Telescope” kimi böyük teleskopların oxşarı olmaqla növbəti nəsil rəsədxana kimi qələmə verilir.

“Athena”-nın həssaslığı hazırkı ən yaxşı “Chandra” və “XMM-Newton” kosmik rentgen aparatları ilə müqayisədə yüz dəfə artırılacaq. Yeni aparat kosmosun dərinliklərini müşahidə etməyə imkan verəcək qabaqcıl optika və detektorlarla təchiz ediləcək.

“Athena” qalaktikaların yaranma prosesini, eləcə də onların mərkəzində yerləşən böyük “qara dəliklər”in mənşəyini və inkişafını tədqiq edəcək. Bu proseslərin hamısı elektromaqnit şüalanması spektrinin rentgen hissəsindəki yüksək enerji ilə əlaqədardır.

Qeyd edək ki, “Athena”-nın kosmosa “Ariane 5” raketdaşıyıcısı ilə çıxarılması nəzərdə tutulur. Lakin problem ondadır ki, 2028-ci ilədək bu raket istehsaldan çıxarıla bilər. Bu səbəbdən Avropa qeyd olunan vaxtadək “Ariane 6” raketdaşıyıcısını hazırlamaq niyyətindədir.

Vüsal Qarayev







30 İyun, 2014  10:19 Baxılıb: 1011 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner