Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycanlıların Berlində nümayişi

Azyaşlı uşağın ermənilər tərəfindən qətlə yetirilməsi hər yerdə hiddət doğurub

Azərbaycan və alman dilində qəbul olunmuş bəyanatlar oxunub

Almaniyadakı Azərbaycan diasporu 2011-ci il martın 18-də Berlin şəhərinin mərkəzində yerləşən Brandenburger Tor qarşısında 9 yaşlı azərbaycanlı uşaq, Ağdam rayonu Orta Qarvənd kənd sakini Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nümayiş Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) tərəfindən Azərbaycan Evi ilə əməkdaşlıqda təşkil olunub.

Nümayişdə Azərbaycan və Türk diasporu cəmiyyətləri, Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən futbol məktəbinin şagirdləri, Yəhudi Diaspor nümayəndələri iştirak ediblər.
Nümayişçilər martın 8-də atəşkəsin pozulması zamanı ermənilərin işğal etdikləri Şıxlar kəndi istiqamətindən Ermənistan Silahlı Qüvvələrinin snayperinin açdığı atəş nəticəsində Orta Qərvənd kənd sakini 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunu evlərinin qarşısındakı həyətdə oynayarkən baş nahiyəsindən vuraraq qətlə yetirilməsinə qarşı etirazlarını bildiriblər. Aksiya iştirakçıları bu hadisələrə onların münasibətini ifadə edən şüarlarla toplanaraq iki dildə - Azərbaycan və alman dilində qəbul olunmuş bəyanatları oxuyublar.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, “Azərbaycan evi”, “Azərbaycan-Alman Həmrəylik Cəmiyyəti”, Azərbaycan cəmiyyətləri federasiyası, Saksen-Anhaltda fəaliyyət göstərən Alman-Azərbaycan mədəniyyəti cəmiyyəti, Drezdendə fəaliyyət göstərən “Alm.Az” cəmiyyətləri tərəfindən imzalanmış bəyanat oxunduqdan sonra qətlə yetirilmiş Fariz Bədəlovun şəkli ilə birlikdə Kanzleramta, Alman Bundestaqının İnsan Hüquqları və Humanitar Yardım, Avropa Birliyi üzrə məsələlər komissiyalarına, Parlamentdə təmsil edilmiş 5 aparıcı partiya fraksiyalarına göndərilib. Bəyanat AAKM tərəfindən humanitar cəmiyyətlərə, UNİSEF-in Almaniya nümayəndəliyinə, Almaniyanın dövlət və qeyri-dövlət fondlarına, alman ictimaiyyətinin nümayəndələrinə də elektron poçt vasitəsilə göndərilib.






19 Mart, 2011  18:27 Baxılıb: 862 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





18 Noyabr, 2020  12:52



17 Noyabr, 2020  09:39

14 Noyabr, 2020  10:33


















25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















5 Oktyabr, 2020  16:37


sagbanner