Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Unudulmayan parol icad olundu

Böyük Britaniyanın York və Qlazqo universitetlərinin alimləri doqquz təsvirin içindən tanış olan şəxsin sifətinin seçilməsi vasitəsilə bank hesablarına, telefon və ya internet saytlarına operativ çıxışı təmin edəcək yeni "FaceLock” parol sistemi hazırlayıblar.

Simsar.az-ın məlumatına görə, “FaceLock” çoxlu üstünlüklərə malikdir. Ən böyük üstünlüyü isə unudulmuş parolla bir il istifadə edilməyən sınaq sistemə daxil olmaq imkanıdır.

“FaceLock” qrafik elementlərlə işləyən yeganə parol sistemi deyil. Belə ki, “Passfaces” sistemi də təklif olunan siyahıdan tanış fotoşəkli seçməyi tələb edir. Lakin “FaceLock”un böyük bir fərqi var. Çünki burada hətta tanış insanların şəkilləri daim dəyişir.

Məsələ ondadır ki, insanlar sifətləri eyni şəkildə tanımırlar. Bir tərəfdən, təsvirin keyfiyyətindən asılı olmayaraq yüzlərlə insan arasında tanış şəxsi tapmaq problem deyil, digər tərəfdən, müxtəlif təsvirlərdə tanış olmayan eyni şəxs müxtəlif insanların obrazı kimi başa düşülür.

120 könüllünün iştirak etdiyi sınaq bu sistemin fəaliyyət göstərə biləcəyini sübut edib.

Lakin çox təəssüf ki, "FaceLock” sisteminin yaxın vaxtlarda tətbiqi nəzərdə tutulmur. Tədqiqatçılar bildirirlər ki, onların gördüyü işin məqsədi yeni parol sistemi yaratmaq yox, sifətlərin tanınması texnologiyasını təkmilləşdirməkdən ibarətdir..

Vüsal Qarayev







27 İyun, 2014  15:56 Baxılıb: 1023 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner