Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Kompüter monitorlarının satışı azalır

Simsar.az-ın məlumatına görə 2014-cü ilin birinci rübündə dünyada 33,7 milyon kompüter monitoru satılıb ki, bu da ötən ilin birinci rübündən 0,4 faiz azdır, lakin analitiklərin proqnozlaşdırdıqlarından (31 milyon) çoxdur. Analitiklərin fikrincə, azalma davam edəcək və 2018-ci ilədək ildə 106 milyon monitor təşkil edəcək.

Bildirilir ki, arxa tərəfi işıqlandırma ilə təchiz edilən maye-kristal monitorların payı artmaqda davam edəcək. Birinci rübdə bu məhsulların həcmi 92 faizədək yüksəlib. Bu halda kütləvi monitor ölçüsü 21 düymdür. Bu sinfə rüb ərzində satılan monitorların 20,5 faizi aid edilib. Həmçinin satılan monitorların 81,3 faizi 16:9 tərəflər nisbətinə malik olub. Tərəflər nisbətinin populyarlığına görə ikinci yeri 16:10 tutub. Sensor ekranlarla təchiz edilən monitorların sayı hələ də azlıq təşkil edir. Belə ki, kompüter monitorlarının yalnız 0,4 faizi sensor ekranla təchiz edilib və onun 32,8 faizi ABŞ-da satılıb.

Satılan monitorların sayına görə birinci yeri 5 milyon monitorla və ya dünya bazarının ümumi satış həcminin 14,9 faizi ilə “Dell” şirkəti özündə saxlayıb. Lakin mənfəətə görə birinci yer hələ də “Samsung” şirkətinə məxsusdur. 4,5 milyon satılmış monitor Cənubi Koreya istehsalçısına 1,11 milyard dollar qazanc gətirib ki, bu da dünya bazarının 18,4 faizi deməkdir. Üçüncü yerdə “HP”, ondan sonrakı yerlərdə "LG” və “Lenovo” şirkətləri qərarlaşıb, - “Computerworld” belə yazır.

Vüsal Qarayev







27 İyun, 2014  09:47 Baxılıb: 1031 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner