Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Azərbaycanın “Eurovision-2011” təmsilçilərinin diski çıxıb

Diskdə Azərbaycan təmsilçilərinin müsabiqədə ifa edəcəyi “Running Scared” mahnısı yer alıb

Azərbaycanı “Eurovision -2011” mahnı müsabiqəsində təmsil edəcək Ell&Nikki (Eldar Qasımov və Nigar Camal) duetinin diski işıq üzü görüb. APA-nın məlumatına görə, diskdə Azərbaycan təmsilçilərinin müsabiqədə ifa edəcəyi “Running Scared” mahnısı yer alıb. Bu disk Düsseldorfda keçiriləcək 56-cı “Eurovision” müsabiqəsi ərəfəsində digər ölkələrin nümayəndə heyətlərinə, eləcə də çoxsaylı media mənsublarına hədiyyə olunacaq. 

Təmsilçilərin artıq rəsmi saytı da (www.ellnikki.eurovisiontalents.com) fəaliyyətə başlayıb. Saytda Eldar Qasımov və Nigar Camal haqqında ətraflı məlumatlar, fotosessiya və videomateriallar yer alıb.

Eldar və Nigar mayın 10-da keçiriləcək birinci yarımfinalda 18 nömrə altında çıxış edəcəklər. İkinci yarımfinal mayın 12-də keçiriləcək. Final isə mayın 14-də olacaq.

Qeyd edək ki, “Running Scared” mahnısının müəllifləri isveçli Stefan Örn, Sandra Bjurman və Lain Farquharsondur. Bu müəlliflər ötən ilki Azərbaycan təmsilçisi Səfurə Əlizadənin ifa etdiyi “Drip ” mahnısını da bəstələyib.






19 Mart, 2011  03:32 Baxılıb: 1670 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner